"Belə olmaz, veto qərarı izah olunmalıdır" - BMT sözçüsündən ABŞ-a ETİRAZ

ABŞ Əlcəzairin Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymasından sonra əsl diplomatik qalmaqal yaranıb.
KONKRET.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stephane Dujarric dərhal açıqlama ilə çıxış edib. O deyib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün böyük məsuliyyəti var. Veto hüququndan belə istifadələr mütləq izah edilməlidir".
ABŞ-nin vetosundan danışan BMT sözçüsü bunları deyib:
"Ümid edirəm, bizim mesajımız ünvanına çatıb. Baş katib dəfələrlə Qəzzada humanitar atəşkəs çağırışı edir. Təhlükəsizlik Şurası isə buna səssiz qalmaqla kifayətlənmir, qətnamə layihəsinə hətta veto qoyur".
Düjarrik 7 oktyabr 2023-cü il tarixindən sonra BMT Təhlükəsizlik Şurasında iki qətnamənin qəbul edildiyini və onların həyata keçirilməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, İsrailin BMT-dəki Daimi Nümayəndəsi təşkilat yanında Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini terror təşkilatı adlandırıb. BMT sözçüsü bu fikirlərə də sərt reaksiya verib.
Dujarric bütün ölkələri agentliyə dəstəyini davam etdirməyə çağıraraq, quruma alternativ olmadığını vurğulayıb.
İsrailin BMT-dəki Daimi Nümayəndəsi Gilad Erdanın sözlərinə Düjarrik belə aydınlıq gətirib: "Belə təxribatçı ritorika nə Qəzzada, nə də digər yerlərdə həyata keçirdiyimiz humanitar yardım işlərinə kömək etmir".
Qeyd edək ki, Əlcəzairin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsində Qəzzada atəşkəsindərhal tətbiq olunması və mülki şəxslərə qarşı bütün hücumların pislənilməsi yer almışdı.
Xatırladaq ki, ABŞ-nin veto qoyduğu qətnamə layihəsinin səsverməsində Böyük Britaniya bitərəf qalıb, 13 ölkə isə lehinə səs verib.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 22 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər beynelxalq bank mezenne sou xeberler hava proqnozu