Ben Afflekin qızı artıq onun oğlu oldu - FOTO
Ben Afflekin qızı artıq onun oğlu oldu - FOTO
Hollivud ulduzları Ben Afflek və Cennifer Qarnerin 15 yaşlı qızı artıq onların oğludur. Əvvəllər qızın adı Serafina idi, indi isə Fin.
Bu barədə "Daily Mail" xəbər yayıb. Nəşr onun adını dəyişdirdikdən sonra ilk görüntülərini paylaşıb.
Məlumata görə, Fin gözəllik salonunda onu gözləyən anası Cennifer Qarnerlə görüşüb. O, qara köynək, yanlarında cibləri olan bej şort, boz idman ayaqqabısı və bənövşəyi corab geyinib.
Qeyd edək ki, Ben Afflek və Cennifer Qarner bir il görüşdükdən sonra 2005-ci ildə evləniblər. 10 il sonra ulduzlar ayrılmaq qərarına gəliblər. Aktyorların üç övladı var: qızları Violet, Fin, oğulları Samuel.
Qeyd edək ki, bir müddət əvvəl Cennifer Qarner uşaq böyütməyin çətinlikləri haqqında danışmışdı:
"Valideynlərim də bunu ediblər... Artıq mən bunun nə qədər çətin olduğunu anlayıram və heyrətə düşürəm. Onlara "Mən sizi belə görürəm" və ya "Məncə, siz hər şeyi belə etməlisiniz" deməmək mənə çox çətin gəlir. Həqiqətən, əli-qolu bağlı qalmalı oluram. Mən həyatlarının bu yeni mərhələsində onların kim olacaqlarını və nəyi öyrənəcəklərini qərar vermələrini, sadəcə, kənardan izləyirəm".
Bununla belə, ulduz onların çox maraqlı həyatının olduğunu da etiraf edib.
"Onlarla bağlı hər şeylə maraqlanıram", - deyə aktrisa bildirib.








/ oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"