Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova millət vəkili Fatma Yıldırımla birlikdə Bərdə regional "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
azxeber.com xəbər verir ki, görüş çərçivəsində regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, "ASAN-xidmət" mərkəzi, xüsusilə "ASAN könüllüləri" ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Regional idarənin rəisi Vəsilə Möhsümova rayonun mədəniyyət işçilərinin yüksək potensialı olduğunu vurğulayaraq bildirib ki, regional idarə üzrə mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində regional idarənin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdıran regiona idarənin rəisi bu sahədə region gənclərinin də potensialından səmərəli şəkildə istifadə edilməsinin idarənin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Görüş diskussiya şəklində davam edib, "ASAN xidmət" mərkəzinin könüllülərinin fikir və təklifləri dinlənilib.









Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı