Bərdədə DƏHŞƏT: qızının toy günü evi yanıb KÜLƏ DÖNDÜ
Bərdə rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az "Trend"də istinadla xəbər verir ki, hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində baş verib. İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.
Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar