"Berlini vurmaq?": Kreml kabinetlərində NARAHATLIQ - ŞOK DETALLAR

Almaniyanın Ukraynaya uzaqmənzilli "Taurus" raketlərini təchiz edəcəyi ilə bağlı məlumatlar və Almaniya kansleri Fridrix Mersin bu raketlərin istifadəsində məsafə məhdudiyyətlərinin götürüldüyünü bəyan etməsi Moskvanın yüksək dairələrində ciddi narahatlıq yaradıb. Rusiyanın aparıcı təbliğatçılarından Marqarita Simonyan bildirib ki, "moskva kabinetlərində" bu silahların Moskvaya yönələcəyi təqdirdə Berlini vurmaq planları müzakirə olunur.
Bu cür hədələr və aqressiv ritorika artıq ciddi qəbul olunmur. Dörd ildir Ukraynada hərbi uğur əldə edə bilməyən Rusiya ordusunun NATO ilə qarşıdurmada üstünlük qazanmaq şansı demək olar ki, yoxdur. Hətta "Na Berlin!" kimi köhnəlmiş şüarlar da artıq Rusiyada ən sərt vətənpərvərlər arasında belə populyarlığını itirib. Yeganə istisna, görünür, hələ də bu təfəkkürdə olan Simonyandır.
Əslində isə məsələ təkcə "Taurus" raketləri ilə bitmir. Almaniyanın Ukrayna ilə hərbi əməkdaşlığı dərinləşdirməsi, o cümlədən birgə silah istehsalı və hava hücumundan müdafiə sistemlərinin inkişafı planları Moskvanı daha çox narahat edir. Diehl şirkəti ilə imzalanmış 2,2 milyard avroluq müqavilə və IRIS-T sistemlərinin tədarükü, eyni zamanda dronların birgə istehsalı bu niyyətin sübutudur.
Bütün bu proseslər fonunda Almaniyanın Avropanın yeni hərbi liderinə çevrilməsi ehtimalı güclənir. ABŞ-ın qlobal liderlikdən çəkildiyi şəraitdə Avropa öz müdafiəsini gücləndirməyə məcburdur. Xüsusilə də Rusiya təhdidini və ABŞ-ın dəstəkdən imtina edə biləcəyini nəzərə alan Avropa İttifaqı ölkələri, başda Almaniya olmaqla, daha sərt və strateji addımlar atır.
Ukraynaya ayrılmış 5 milyard avroluq yardım paketi Bundestaq tərəfindən təsdiqlənib. Bununla paralel olaraq Ukraynada 2500 km-ə qədər məsafəyə malik raketlərin inkişaf etdirilməsi də gündəmdədir. Bu isə "Taurus"ların imkanlarını da geridə qoyur.
Moskvanın gec də olsa anlayacağı bir reallıq var: uzunmüddətli müharibə Rusiyanın hərbi potensialını tükədərkən, Avropa və Ukrayna bu münaqişənin yaratdığı təhlükədən dərs çıxararaq güclənməyə başlayır. Kremlin təhdid ritorikası isə getdikcə daha boş səslənir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 29 may 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeber krimnal bugun xeber az bu gune olan xeberler