Bəşər Əsədin Suriyanın gələcəyində yeri yoxdur - AÇIQLAMA
Ukraynada 3 aydan çoxdur işğalçı müharibə aparan Rusiyanın hərbi gücü tükənmək üzrədir. Kreml qələbə qazanmaq üçün bütün gücünü səfərbər etmək qərarına gəlib. Belə ki, Rusiyanın Suriyanın 8 strateji bölgəsindəki hərbçilərini geri çəkdiyi məlum olub. Suriyanın Milli ordusunun məlumatına görə, İdlib, Hama, Hələb və digər bölgələrdəki ruslar bölgədən çıxıb. Rus hərbçilərinin Ukraynaya göndərildiyi qeyd olunur.
Maraqlıdır, Rusiyanın Suriyanı tərk etməsi ilə Bəşər Əsəd rejiminə hansı təhlükələr yaranır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, Rusiya bütün güclərini Qərb cəbhəsinə yönəldir:
"Rusiya-Ukrayna savaşı getdikcə daha dramatik xarakter alır. Rusiyaya qarşı tətbiq edilən ağır sanksiyalar, cəbhədə yaşanan ciddi itkilər və müharibə xərcləri ilə yanaşı beynəlxalq ictimai təzyiq Rusiyanı həm qorxudur, həm də özünüqoruma instinkti yaradır. Bu səbəbdən də ruslar bütün güclərini Qərb cəbhəsinə yönəltmək zərurəti hiss edirlər. Rusiya Suriyanın böyük və önəmli hissəsinə nəzarət edir. Ruslar aralıq dənizinin Suriya sahillərində yerləşən iki vilayətində, Tartus və Lazkiyədə, müvafiq olaraq donanma və hərbi hava bazaları yaradıblar. Bununla yanaşı rus qoşunları Suriya-Türkiyə sərhədi boyu önəmli yol və məntəqələri nəzarətdə saxlayırlar. Qərb cəbhəsində sıxışdıqca Kreml Suriyada və ölkə xaricində saxladığı digər hərbi qüvvələri qərb cəbhəsinə dislokasiya etməyə başlayıb. Bundan əvvəl də bir sıra KİV-lərdə Gürcüstan və Moldovanın işğal altındakı bölgələrindən də hərbi qüvvələrin Ukrayna cəbhəsinə göndərildiyinə dair informasiyalar yayılıb".
Politoloqun fikrincə, Suriyanın viran olunmasında ən böyük günah sahibi Bəşər Əsəddir:
"Son günlər Rusiyanın KTMT-ə daxil olan ölkələrin hərbi gücündən istifadə etmək niyyəti Qərb cəbhəsinin ruslar üçün nə qədər önəm kəsb etdiyini göstərir. İkinci əsas amil Türkiyənin mövqeyidir. Belə ki, Türkiyə artıq 11 ildir ki, dörd milyona yaxın suriyalıya ev sahibliyi edir. Artıq Türkiyədə düşünürlər ki, suriyalı qaçqınları evlərinə göndərməyin zamanı gəlib. Amma güvənli bölgələr olmadan bunu etmək mümkün deyil. İki gün əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Suriyada növbəti xüsusi hərbi hərəkatın olacağını anons etdi. Bu hərəkatın keçiriləcəyi bölgələr rusların nəzarət etdiyi bölgələrə tən gəlir.
Ruslar o bölgələrdə türklərlə qarşı-qarşıya gəlməyi heç istəməz. Çünki bu gün ruslar Qara dəniz və boğazlar məsələsində türklərdən çox asılı vəziyyətdədir. Yəqin ki, rus birlikləri Türkiyə-Suriya sərhədlərindən tamamən çəkildikdən dərhal sonra türk komandoları hərəkata başlayacaqlar. Bəşər Əsədin siyasi taleyinə gəlincə isə, deyə bilərəm ki, Əsədin Suriyanın gələcəyində yeri yoxdur. Suriyanın viran olunmasında ən böyük günah sahibi də məhz Bəşər Əsəddir. Hakimiyyətini qorumaq üçün ölkəsini İran və Rusiyanın hərbi poliqonuna çevirən bir adamı Suriya xalqı heç vaxt bağışlamayacaq".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun