Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam
Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"
"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər".
Bunu Moderator.az-a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib.
O, daha sonra əlavə edib:
"Toyda isə qəti şəkildə atamın mahnılarını oxumaq olmaz. Gedib öz səviyyələrinə uyğun nəsə oxusunlar. Hələ bu azmış kimi oxuyub, "YouTube" hesablarına da yerləşdirirlər. Bir çoxu heç bilmir ki, bu mahnı kimindir?! Bu sadəcə bildirişdir. İnsan tərbiyəsiz olmaz. Heç olmasa icazə almaq lazımdır. Elə sənətkarlar var ki, bizdən icazə alırlar. Mənə lazım deyil ki, kimsə oxusun və gətirib mənə qonorar versin".
Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, müəllif hüquqları pozulduğu halda müəllif və hüquq sahibi Əqli Mülkiyyət Agentliyinə və məhkəməyə müraciət edə bilər.
"Belə müraciətlər olduqda agentlikdə onlara təmənnasız hüquqi yardım göstərilir. Müəlliflər və hüquq sahibləri əsərləri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və əsərin qeydiyyatı barədə şəhadətnamə ala bilərlər. Müəllif vəfat etdiyi halda onun qanuni vərəsələri qeydiyyat üçün agentliyə müraciət edə bilərlər. Kimisə bu və digər suallar maraqlandırarsa, daha ətraflı məlumat üçün agentliyin "960" çağrı mərkəzinə müraciət edə bilər", - deyə agentlik rəsmisi bildirib.
Qeyd edək ki, Tahir Əkbər 2018-ci ildə vəfat edib. / oxu.az

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır