Beyində "sevgi mərkəzi" aşkar edildi
Beyində "sevgi mərkəzi" aşkar edildi
Yapon alimləri araşdırma apararaq insan beynində "sevgi mərkəzi"ni tapıblar.
Bu, beyinin həzz və asılılıqlarla əlaqəli bir sahəsidir. Araşdırmaya görə, beyinin həmin sahəsi sevdiyin şəxsə və ya digər sevgililərə baxarkən aktivləşir.
Yeni təcrübədə 20-29 yaş arası 46 kişi iştirak edib. Alimlər gənclərin beyin fəaliyyətini qeyd etmək üçün bir sıra düşünmə tapşırıqlarını yerinə yetirərkən funksional maqnit rezonans tomoqrafiyasından (fMRT) istifadə ediblər. Subyektlərə əvvəlcə sevdikləri qadının, sonra isə yad birinin fotoşəkilləri göstərilib.
Araşdırma nəticəsində məlum olub ki, kişilərdə sevdiyi xanımın şəklini görərkən "sevgi mərkəzi" nüvəsində aktivlik artıb.
Gələcək tədqiqatlarda alimlər emosional bağlılığın yaranması prosesi zamanı beyin reaksiyalarını müşahidə etmək və onun fəaliyyətinin zamanla necə dəyişdiyini öyrənmək niyyətindədirlər.
Mənbə: mir24.tv /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız