Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı
Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, qəza rayonun Sarısu qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Niva" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı kanala düşüb. Nəticədə avtomobildə olan 5 nəfər xəsarət alıb.
Yaralananlardan 1968-ci il təvəllüdlü Gholamhossein Sareban Gholamreza oğlu, 1959-cu il təvəllüdlü Alireza Mohajer Ashoor oğlu, 1977-ci il təvəllüdlü Ali Kekani Bijan və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh Khodaverdi oğlunun İran vətəndaşları olduğu bildirilir.
Qəza zamanı həmçinin 1970-ci il təvəllüdlü Saatlı rayon sakini Ağayev Mirnamiq Mirəziz oğlu da xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır