Beynəlxalq ekspertlər KONKRET.az-a danışdı: "Müharibə hələ uzun çəkəcək, sürprizlər olacaq"

Beynəlxalq ekspertlər KONKRET.az-a danışdı: Rusiya Prezidenti Vladimir Putin ölkə ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Rusiyanın Ukraynada tutduğu əraziləri rəsmi ilhaqlaşdırandan sonra belə bir açıqlamanın verilməsi, Ukraynada taktiki nüvə silahının mümkün istifadəsi ilə bağlı dünyada ciddi narahatlığa səbəb olub. Maraqlıdır, Rusiya nüvə silahından istifadə edə bilərmi və bu, hansı halda baş verə bilər?
Türkiyəli tarixçi alim, politoloq Mehmet Perinçek KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda Rusiyanın nüvə silahından istifadə etməsi real görünmür:
"Rusiyanın hərbi doktrinasına görə, nüvə silahından istifadə yalnız bu şəkildə mümkündür ki, özünə və ya müttəfiqlərinə qarşı nüvə silahı hücumu olarsa və ya Rusiyanın ərazi bütövlüyü və milli suverenliyi təhlükə və təhdid altına düşərsə Rusiya nüvə silahından istifadə edə bilər. Lakin bu məsələ hazırda müzakirə mövzusu deyil. Çünki əgər, Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı nüvə silahından istifadə etməsə, Rusiyanın da nüvə silahından istifadə etməsini ehtimal etmək olmaz. Həmçinin, Rusiyanın milli təhlükəsizliyi və suverenliyi təhlükə altına düşməsə Ukrayna ilə müharibədə nüvə silahından istifadə etməsi mümkün deyil. Yəni, Rusiyanın nüvə silahından istifadə etməsi yalnız NATO ölkələrinin hücum etməsinə cavab olaraq reallaşa bilər".
"Çünki Rusiyanın hərbi doktrinasına əsasən, Ukryana ilə müharibə nüvə silahından istifadəni tələb etmir. Bununla belə, dünyada nüvə müharibəsinin başlayacağını da real hesab etmirəm. Çünki nüvə silahından istifadə edən ölkə özünün də nüvə silahının hədəfi olacağını bilir ki, bu da çox ciddi dağıntılara səbəb ola bilər"-deyə, politoloq vurğulayıb.
Beynəlxalq ekspertlər KONKRET.az-a danışdı: Mehmet Perinçek
Perinçek qeyd edib ki, Amerikanın Yaponiyanın Xiroşima və Naqasaki şəhərlərində nüvə silahından istifadə etməsindən sonra, SSRİ-nin və digər ölkələrin də nüvə silahı istehsal etməyə başlaması bu istiqamətdə tarazlıq yaradıb:
"Məhz bu tarazlıq nəticəsində bu silahların qarşılıqlı istifadəsinin qarşısı alınıb. Çünki bu silahlar yalnız Amerika Birləşmiş Ştatlarında olsaydı, ABŞ bir çox yerdə bundan istifadə edə bilərdi. Lakin qarşısındakı güclərin də nüvə silahına sahib olmasıyla özünün də hədəf ola biləcəyinə görə, artıq nüvə silahına sahib olan ölkələr ilk düyməni basmaqda ehtiyat edir və bu silahlar yalnız özünü müdafiə və ya təhdid xaraketri daşıyır. Bu baxımdan, hazırda bu silahların istifadə edilməsi üçün heç bir əsas yoxdur".
"Məsələn, Ukrayna Silahlı Qüvvələri Zaporeje Nüvə Stansiyasına hücumlar edib. Həmçinin, buna bənzər hücumlar qeydə alınıb. Əgər, bu hücumların nəticəsində müxtəlif nüvə sızmaları və ya nüvə qəzaları baş versə, bu, təbii ki, bölgə üçün ciddi təhlükələr yaradacaq. Lakin buna rəğmən, Rusiyanın bütün bunlara cavab olaraq yenə də nüvə silahına əl atacağı gözlənilmir. Çünki Rusiyanın hərbi doktrinası Ukrayna ilə müharibədə belə bir addımın atılmasına əsas vermir"-analitik fikrini yekunlaşdırıb.
Rusiyalı politoloq İqor Korotçenko da KONKRET.az-a açıqlamasında Rusiyanın nüvə silahından hansı halda istifadə edəcəyini analoji şərtlərlə əsaslandırıb:
Beynəlxalq ekspertlər KONKRET.az-a danışdı: İqor Korotçenko
"Rusiya taktiki və ya strateji nüvə silahından o halda istifadə edə bilər ki, bu, Rusiyanın hərbi doktrinasında öz əksini tapsın. Yəni, ilk növbədə Rusiya Federasiyasına qarşı hər hansı nüvə silahından istifadə cəhdi olarsa, ərazi bütövlüyü və suverenliyi təhlükə altına düşərsə Rusiya bu halda adekvat addım ata bilər".
"Sadaladağım bu amillərə əsasən, nüvə silahından istifadə sıradan və qeyri-ciddi xarakter daşımır. Bu, kifayət qədər ciddi məsələdir və Rusiyanın hərbi doktrinasında taktiki və ya strateji nüvə silahında hansı halda istifadə edə biləcəyi açıq-aydın göstərilir. Çünki bu məsələ kənar müdaxiləni və hərbi təcavüzü dəf etmək baxımımdan həyati əhəmiyyət kəsb edir"-deyə, rusiyalı politoloq vurğulayıb.
Hərbi ekspert Ədalət Verdiyev də KONKRET.az-a açıqlamasında bildirib ki, indiki mərhələdə Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi mümkün görünmür:
Beynəlxalq ekspertlər KONKRET.az-a danışdı: "Bu, yalnız bir halda mümkün ola bilər ki, Rusiya 2014-cü ildə əldə etdiyi torpaqları itirməyə başlasın. Çünki bu silahın istifadəsi hər iki tərəf üçün, hətta region və bəlkə də bütün dünya üçün kifayət qədər ciddi problemlər vəd edir".
"Düzdür, Rusiya hərbi doktrinasında nüvə silahından birinci istifadə etməyəcəyinə dair bənd əlavə etsə də, istisna deyil ki, ciddi geri çəkilmələrlə qarşılaşsa, ən azından taktiki nüvə silahından istifadə edə bilər. Onsuz da hazırda istifadə olunan "Caliber" və "İsgəndər" qanadlı ballistik raketlərinə də nüvə başlıqlarının yerləşdirilməsi mümükünr. Çünki "İsgəndər" raketləri 50 kilotona qədər nüvə başlıqlarını daşıya bilir. Ona görə də nüvə silahından istifadəni tamamilə istisna etmək də mümkün deyil"-ekspert əsaslandırıb.
Onun sözlərinə görə, bu silahlardan istifadəni sadəcə indiki vəiyyət üçün real hesab etmək doğru olmaz:
"Bu baxımdan, hadisələrin gedişatını bir qədər də izləmək lazmdır. Çünki müharibənin bitməsinə hələ çox var və gedişatda bir çox sürprizlərlə qarşılaşa bilərik".
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 18 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar kriminal bugun xəbər az zelzele