Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında əsasnamə təsdiqləndi
"Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq edilib.
azxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları"nı dörd ay müddətində təsdiq etməlidir və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Eyni zamanda, Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Sənədlə "Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164 nömrəli Sərəncamı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 5–6, maddə 111; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 97; 2010, № 2, maddə 80) ləğv edilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi