Beynəlxalq maliyyə təşkilatları yenidən "Bank Respublika"nı seçdi

Beynəlxalq maliyyə təşkilatları yenidən "Bank Respublika" və FMO sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb.
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında növbəti iri həcmli kredit sazişi imzalanıb.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 4 il müddətinə 25 milyon ABŞ dolları məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.
Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə aqro, mikro, kiçik və orta müəssisələrin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək.
Bu sazişin imzalanması - beynəlxalq maliyyə institutlarının Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir.
"Bank Respublika" – geniş regional xidmət şəbəkəsinə malik ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu gün bankın beynəlxalq tərəfdaşlarına dünya üzrə 30-dan çox maliyyə institutu daxildir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Beynəlxalq maliyyə təşkilatları yenidən Beynəlxalq maliyyə təşkilatları yenidən Beynəlxalq maliyyə təşkilatları yenidən / azxeber.com

İqtisadiyyat       Tarix: 11 iyun 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber maraqlı xəbərlər sonxəbər kriminal bugun