Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik edib

Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik edibBeynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Zati-aliləri möhtərəm cənab Prezident.
İcazə verin, bir daha Sizi Böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.
Qırx dörd gün davam edən Vətən müharibəsi Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqının və rəşadətli Azərbaycan Ordusunun nəyin bahasına olursa-olsun qalibiyyətə köklənməsi illərdir davam edən ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoydu. Bu böyük zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu.
Müharibənin ilk günlərindən etibarən Beynəlxalq Türk Akademiyası açıq mövqeyini ortaya qoydu, ədalətli müharibədə qardaş Azərbaycanın yanında olduğunu və mülki yaşayış məntəqələrinə Ermənistanın xain raket hücumunu kəskin pislədiyini bəyan etdi.
Bununla yanaşı, Akademiya əyani dəstəyini göstərməyə çalışaraq, xeyli müddətdir üzərində işlədiyi "Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti" kitab-fotoalbomunu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin dəstəyi ilə qazax dilində çap etdi. Azərbaycanın uzun illər işğal altında qalan ərazilərindəki tarixi abidələri, bu bölgənin mədəniyyəti, şəxsiyyətləri, təbiəti, eyni zamanda, işğala dair faktlar, sənədlərin toplandığı nəfis tərtibatlı kitab-albom bir beynəlxalq təşkilat tərəfindən hazırlanan ilk belə nəşr oldu.
Beynəlxalq Türk Akademiyası bu il UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirməyi planlaşdırdığı, lakin pandemiya səbəbindən təxirə saldığı tədbirləri - Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illik yubileylərini onların dünyaya göz açdıqları şəhərdə - doğma Şuşada 2021-ci ilin uyğun tarixlərində böyük beynəlxalq tədbirlə qeyd etməyi qərara almışdır. Planlaşdırılan tədbirlərin işğaldan azad edilən, türk dünyası üçün böyük mənəvi dəyərə sahib olan Şuşa şəhərində reallaşdırılmasını istərdik.
Möhtərəm cənab Prezident, bir daha Sizi, qardaş Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik edir, Zati-alinizə dərin ehtiramımı çatdırıram". /oxu.az

Siyasi       Tarix: 03 dekabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən son xəbər cəbhədən görüntüleri cəbhədən video