Bəzən avropalı tərəfdaşlarımız Azərbaycanla bağlı əsassız təbliğatın təsiri altına düşürlər
"Bəzən avropalı tərəfdaşlarımız Azərbaycanla bağlı lüzumsuz və əsassız təbliğatın təsiri altına düşürlər. Belə olmamalıdırlar, onlar sülh gündəliyinə töhfə verməlidirlər".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Aljazeera" telekanalına müsahibəsində deyib.
"Beynəlxalq tərəfdaşlarımız da geriyə baxmaq əvəzinə gələcəyə, perspektivlərin nədən ibarət olduğuna baxmalıdırlar. Bu, xüsusilə avropalı tərəfdaşlarımıza, o cümlədən Avropa İttifaqına da aiddir", - deyə o əlavə edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Qarabağın erməni sakinlərinə sülh və dinc reinteqrasiya mesajı verir: "Azərbaycana və regiona sülh lazımdır. Fikrimcə, Ermənistan Respublikasına da artıq sülh lazımdır. Ermənistan bütün bu ərazi iddialarını sonlandırmalıdır. Hazırkı vəziyyətdə biz sülh üçün daha yaxşı şanslara sahibik".
Hikmət Hacıyev sülh üçün beynəlxalq platformalardan da söz açıb: "Heç kim Rusiyanın regional ölkə statusunu, Azərbaycan və Ermənistanla tarixi əlaqələrə malik olduğunu inkar edə bilməz. Ona görə də bu platforma da əlverişlidir. Moskva platforması ilə yanaşı, ABŞ Vaşinqton platformasını da təqdim edib. Fikrimcə, böyük irəliləyiş əldə etmişik".
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ