"Bəzən xəstə koronavirus ola-ola test neqativ nəticə göstərə bilər"- HƏKİMDƏN AÇIQLAMA

"Bəzən xəstə koronavirus ola-ola test neqativ nəticə göstərə bilər"- HƏKİMDƏN AÇIQLAMANiyə test nəticəsi mənfi çıxır, adam isə ikitərəfli pnevmoniya ilə ölüm-dirim mubarizəsindədir? Test xarabdır? Xeyr. Bəs nə baş verir?
Milli.Az medicina.az-a istinadən həkim pediatr Aytən İsmayılzadənin xəstə koronavirus ola-ola testin yanlış olaraq neqativ göstərməsinin mümkünlüyünü və bunun səbəblərini açıqlayıb
"Test ilə analiz üçün material əsnəkdən göturulur. Əsnəkdə virus varsa, bu keçərlidir. Amma virus elə orda oturub qalmır. Aşağı hissələrə bronxlara və ağciyərlərə keçir. Bizim insanlar da ən ağır halda həkimə muraciət edir. Onun Covid testi bu usulla edildikdə mənfi olur. Amma KT-də görunən atipik pnevmoniya koronavirusdan şubhə etməyə böyuk əsas verir.
Hamı bilir ki dekabr - yanvar aylarında ciddi qripp infeksiyası vardı. İnsanlar ailəlikcə yüksək hərarətlə xəstə yatırdı. İndi isə bu cur epidemiya yoxdur. Ona görə də indiki pnevmoniyalarda movcud koronavirus epidemiyasl rol oynayır. Dünyasını dəyişənlərin patoloji anatomik muayinəsi lazimdir ki, ağciyırlərdə gedən proses görünsün. Bu isə bir dəhşətdir. Şəkli bura qoymuram. Amma ağciyərlərin bu cur uzun muddət işlənərək didilmiş - yırtılmış bir qabyuyan süngərə dönməsini görmək çoxx nə bilim nədir... Söz tapmadım.
Qısacası halınızda bir dəyişiklik hiss etdinizsə, vaxtında bildirin, evdə qalıb ağırlaşmayın, çünki o test neqativ olub amma pnevmoniyadan dünyasını dəyişənlər Covid-dən ölüm sırasına girmədikcə siz də "bizdə ölüm azdır" deyib rahat gəzəcəksiz.
Hərarətiniz, öskurəyiniz oldusa evə ilk olaraq təcili yardim çağırın. Uşaq böyuk fərq etmir. Həkimlə yalnız telefonla əlaqə saxlayin. İynə vurdurmaq üçün tibb bacısı çağırmaq, söhbət üçün qonşu çağırmaq olmaz. İki gun cavabı gözləmək. On gun hərarətli qalıb aləmi yoluxdurandan sonra karantinə göturulənlər var.. Məsuliyyətli olaq!".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 05 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun en yeni xeberler sonxəbərlər en son xeberler bu gun