Bəzi dövlətlər Çindən gələn turistlər üçün giriş qaydalarını sərtləşdirirlər
Bəzi dövlətlər Çindən gələn turistlər üçün giriş qaydalarını sərtləşdirirlər
ABŞ Çindən gələn turistlərin ölkəyə girişinə məhdudiyyətlər qoymaq niyyətindədir.
Eyni zamanda, ABŞ hakimiyyəti digər ölkələrin hazırda Çindən gələn turistlərlə bağlı gördüyü tədbirlərə də işarə edir. Belə ki, son günlər Yaponiya, Hindistan və Malayziya çinli turistlərin ölkəyə girişinə məhdudiyyətlər elan edib.
Yaponiyaya peyvənd sertifikatı ilə daxil olmaq üçün hava limanına gəldikdən sonra COVID-19 testindən keçməli və mənfi nəticəni təqdim etməlidirlər. Sertifikat olmadıqda Çindən ayrılarkən test verilməlidir. Yaponiyaya gələrkən test müsbət olarsa, turist yeddi gün karantinə alınacaq. Yaponiya hökuməti Çinlə hava əlaqəsini də məhdudlaşdırıb: dekabrın 30-dan yalnız dörd Yaponiya hava limanı Çindən birbaşa uçuşlar qəbul edəcək.
Hindistan, həmçinin Çin də daxil olmaqla, gələn xarici turistləri testdən keçirir və xəstəliyin xarakterik simptomları olanlar da karantinə alınırlar.
Çin rəsmiləri məhdudiyyətlərə münasibət bildiriblər. Onlar hesab edirlər ki, "anti-COVID tədbirlər elmi cəhətdən əsaslandırılmalı və insanların normal hərəkətlərinə mənfi təsir göstərməməlidir.
Həmçinin dünya mediası yazır ki, Çində bir çox xəstəxanalar koronavirus xəstələri ilə doludur və morqlar COVID-19-dan ölənlərin hamısını yerləşdirə bilmir. Eyni zamanda, rəsmi statistikaya görə, son bir həftə ərzində Çində COVID-19-dan yalnız bir nəfər ölüb.
Mənbə: Kommersant / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu