Biləsuvarda ağır qəzada xəsarət alan şəxs Bakıda xəstəxanaya təxliyə olunub
Dekabrın 28-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən ağır yol qəzasında xəsarət alan şəxslərdən biri Bakıda xəstəxanaya təxliyə olunub.
azxeber.com-un məlumatına görə, Türkanə Kərimli paytaxtda ixtisaslaşmış xəstəxanalardan birinə yerləşdirilib.
Qeyd edək ki, dekabrın 28-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin ölümü, daha 8-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, Eşqin Kərimli, Türkanə Kərimli, Səlimxanım Əliyeva, Xəyyam Quluzadə, Məlahət Quluzadə, Hüseyn Quluzadə, Tofiq Abdullayev və Gözəl Abdullayeva xəsarət alıb.
Xəsarət alanlardan biri Eşqin Kərimli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reaniminasiya şöbəsində müalicə olunur. Onun bacısı Türkanə Kərimli isə müayinə və müalicə üçün Bakıya yola salınıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır