Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs öldü
Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs ölüb.
KONKRET.az-ın məlumatına görə, hadisə bu gün şəhərin mərkəzi küçələrindən birində baş verib.
Belə ki, bir nəfər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kanalizasiya quyusundakı problemi aradan qaldırmaq üçün quyuya düşüb. Daha sonra o quyuda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman orada olan "JEK"in müdir müavini Allahyar Əsgərov işçisini xilas etmək üçün quyuya enib. Lakin A.Əsgərov əməkdaşı xilas etmək istəyərkən özü quyuda yaranmış qazdan boğularaq ölüb.
Qeyd edək ki, A.Əsgərovun 60 yaşında və ürək problemi olduğu bildirilir.
Digər şəxsin həyatı isə xilas edilib. Hazırda onun vəziyyətinin kafi olduğu qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR