Binanın səkkizinci mərtəbəsindən sallanan üç yaşlı uşağı xilas etdi - VİDEO
Binanın səkkizinci mərtəbəsindən sallanan üç yaşlı uşağı xilas etdi - VİDEO
37 yaşlı kişi binanın səkkizinci mərtəbəsində pəncərədən sallanan üç yaşlı uşağı xilas edib.
Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Hadisə Qazaxıstanın Nur-Sultan şəhərində baş verib. Məlumata görə, özü 4 uşaq atası olan Sabit Şontakbayev iki həftə öncə şəhərə köçüb.
O, səhər işə yollanarkən həyətdə insanların təlaşa düşdüyünü görüb. Yuxarıda sallanan uşağı gördükdə isə düşünmədən köməyə qaçıb.
Uşağı xilas etdikdən sonra isə onu qonşuya əmanət edib (balaca evdə tək olub) və tikintidəki işinə yollanıb.
"Biz bir mərtəbə aşağıda qonşunun qapısını döydük... Dostum ayağımdan tutdu. Heç nə barədə düşünmürdüm, sadəcə qızcığazı xilas etmək istəyirdim. Artıq hər şey bitdikdən sonra əlim-ayağım əsməyə başladı. Çox xoşbəxt idim", - deyə kişi olanları danışıb.
Yerli KİV-in məlumatına görə, Şontakbayev mükafatlandırılmaq üçün Fövqəladə Hallar Departamentinə dəvət olunub.
Mənbə: RT
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız