Binəli Yıldırım: 'Zəngəzur dəhlizi tezliklə açılmalıdır
"Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır".
Azxeber.com xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinin bəzi hissələrində yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur: "Laçın dəhlizinin istifadəsində problemlər axtarılır. Bəzən hansısa provakasiyalara şahidlik edirik. Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu əksini tapmalıdır".
B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişənin həllində regional ölkələrlə intensiv iş aparır: "Biz yeni platforma təklif edirik. Buraya Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran daxildir. Biz bu ölkələrə əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışırıq".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı