Binəqədi rayonunda 5 evdən oğurluq edən şəxs saxlanıldı
Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
DİN-dən verilən məlumata görə, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.
Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.
Turlar.az [newsid: 0-123300]

Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal
Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."
Babək rayonunda ağır qəza - Üç nəfər xəsarət alıb - FOTO
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi