Binəqədi rayonunda 'Rumıniyanın Milli Mədəniyyət Günü'nə həsr edilmiş tədbir keçirilib - FOTO

14 yanvar 2022-ci il tarixində Binəqədi rayonunda dahi rumın bəstəkarı, dirijoru və və mahir musiqiçisi Corce Eneskunun adını daşıyan parkda "Rumıniyanın Milli Mədəniyyət Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, səfirin müavini, diplomatik müşavir İon Naval, diplomatik müşavir Toma-Kristian Daçika, Moldovanın müvəqqəti işlər Vəkili Nikolae Kojuhari və səfirliyin digər əməkdaşları, eləcə də RİH başçısı Aparatının məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak edirdilər.
Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzülmüş və xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və səfirin müavini, diplomatik müşavir İon Naval ilə görüşmüşdür.  
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iki ölkə arasında dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını, rayon ərazisində 2006-cı ildə dahi rumın bəstəkarının adına inşa edilən və yenidən təmir-bərpa işləri aparılaraq yalnız rayon sakinlərinin deyil, eyni zamanda respublikamıza gələn qonaqların da istirahəti üçün nəzərdə tutulan bu gözəl parkın səmimi dostluğun, dövlətlərarası mədəniyyətin bariz nümunəsi olduğunu  qeyd etdi.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare iki ölkə arasında olan dostluq münasibətlərindən bəhs edərək qeyd etdi ki, Azərbaycanda "Rumıniya Milli Mədəniyyəti Günü"nün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir, o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına və kollektivə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, "Mədəniyyət Günü" Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilib. Bu tarixin "Rumıniyanın Milli Mədəniyyət Günü" kimi seçilməsində xüsusi önəmi var. Belə ki, M.Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə Rumıniya mədəniyyətinin "Dan ulduzu" adlandırılaraq əsas simvol hesab olunur.
Corce Enesku - tanınmış bəstəkar, skripkaçı, pianist, dirijor və müəllim olub, Rumıniyanın ən görkəmli musiqiçisidir. Eneskunun əsərlərinin bir çoxu ilhamını rumın xalq musiqilərindən alıb. "Rumıniya Rapsodiyaları" (1901, 1902), "Oedipus" (1936) operası və orkestr üçün suitaları onun ən məşhur bəstələrindəndir. Onun karyerasının şərəfinə, eləcə də Rumıniyaya və dünya musiqisinə verdiyi töhvələrinə görə, Buxarest Avropada ən böyük müsabiqələrdən birinə "Corce Enesku Beynəlxalq Festivalı"na ev sahibliyi edir.
Binəqədi rayonunda 'Rumıniyanın Milli Mədəniyyət Günü'nə həsr edilmiş tədbir keçirilib - FOTOBinəqədi rayonunda 'Rumıniyanın Milli Mədəniyyət Günü'nə həsr edilmiş tədbir keçirilib - FOTOBinəqədi rayonunda 'Rumıniyanın Milli Mədəniyyət Günü'nə həsr edilmiş tədbir keçirilib - FOTO

Sosial       Tarix: 16 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər sonxeberler hava haqqinda apa.az xeberler