Binəqədidə "Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər" adlı təhsil konfransı keçirildi - FOTOLAR

Binəqədidə 01 oktyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətndə "Konstitusiya və Suverenlik ili" çərçivəsində 2024-2025-ci ili əhatə edən tədris ili dövründə Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil ilinin yekunlarına və 5 Oktyabr - "Beynəlxalq Müəllim Günü"nə həsr olunmuş "Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər" adlı təhsil konfransı keçirilib.
azxeber.com xəbər verir ki, konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Elşad Musayev, Səbinə Xasayeva,  Məlahət İbrahimqızı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, Bələdiyyə sədrləri, dövlət və özəl orta ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, tələbələr, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayon Ağsaqqallar Şurasının sədri, ictimai birliklər, rayon ictimaiyyəti iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediBlər.
Konfrans ümummilli lider Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova rayonda 2024-2025-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını və təhsil işçilərini bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək  qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün xüsusi diqqət və həssaslıqla yanaşmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu gün təhsil müəssisələrimizdə əldə olunan nəticələr müəllimlərin fədakar əməyi və şagirdlərin səylərinin bəhrəsidir. Ölkəmizdə şəhid ailələrinə, onların övladlarının təhsilinə, gələcəyinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir dövrümüzdə  Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bu günə qədər təhsil sahəsində həyata keçirilən önəmli proqram və layihələr dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Növbəti çıxış edən millət vəkili Məlahət İbrahimqızı 5 Oktyabr-"Beynəlxalq Müəllimlər Günü" münasibətilə müəllimləri və tələbə adı qazanan gəncləri təbrik edərək qeyd etdi ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində  təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir.
Daha sonra çıxış edən Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə respublikada ən yüksək nəticə 678 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu, Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Nilufər Zeynallı gənclər adından çıxış edərək, onlara yaradılan şəraitə, diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  təşəkkürlərini bildirdi və ali təhsili uğurla başa vurub respublikamızın inkişafına öz töhfələrini verəcəklərini qeyd etdi.  
Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov müəllimləri və gəncləri təbrik edərək bildirdi ki, "Təhsil millətin gələcəyidir" ifadəsini milli şüar səviyyəsinə yüksəldən ümummilli lider Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etməkdədir. Gənc nəslə hər zaman xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır. "Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır", - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. 
Konfransın sonunda 2024-2025-ci tədris ili üzrə təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə-ali məktəblərə qəbul imtahanı zamanı 650 baldan daha yuxarı nəticə göstərdiyinə görə, "Ümumi təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə" (qızıl medal nişanı ilə təltif olunanlar), "Respublika fənn olimpiadalarında və respublika fənn müsabiqələrində qazandığı yüksək nəticəyə görə", "Sabahin Alimləri" respublika müsabiqəsində qazandiği yüksək nəticəyə görə", Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi nəticəsinə əsasən 1-ci, 2-ci  və 3-cü yeri tutduğuna görə məktəblərin direktorları, peşə təhsili sahəsində və məktəbəqədər təhsilin inkişafında səmərəli fəaliyyətinə görə təhsil işçiləri və uğur qazanmış gənclər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr ilə təltif olundular.
Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə

Sosial       Tarix: 02 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 5 aylıq körpə vəfat edib. Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib. Faktla bağl

Azərbaycanın 2060-cı il hədəfi üzrə strategiya təsdiqləndi

Azərbaycan Baş naziri Əli Əsədov tərəfindən "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, strategiya ölkəni

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc

Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu

Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər poli

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:. Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-d

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"

Son zamanlar bir sıra bankların fəaliyyətində geriləmə müşahidə edilir. Belə ki, mənfəətləri kəskin azalır və ya bağlanma təhlükəsi yaşayırlar. Bəs hazırda hansı bankların bağlanma təhlükəsi mövcuddur?. KONKRET.azxəbər veri


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler kriminal xeber ən son xəbərlər son xabar