Binəqədidə "Novruz bayramı"na və "Şuşa ili"nə həsr olunmuş tədbir keçirildi - Fotolar

Binəqədidə Binəqədi rayonunda "Novruz bayramı"na və "Şuşa ili"nə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
azxeber.com xəbər verir ki, 18 mart 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "Binəqədi Gənclər Evi", sosial xidmət müəssisəsi, "İrəvan" Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, birliyi, mehribanlığı, barışığı və səmimiyyəti özündə əks etdirən "Novruz bayramı" münasibətilə 2 hissədən ibarət ümumrayon tədbiri keçirilmişdir.
Tədbirin birinci hissəsində Zərifə Əliyeva adına istirahət parkında təşkil olunmuş bayram şənliyində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, müavinlər və aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və aparatın əməkdaşları, millət vəkilləri - Madər Musayev, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Musiqiçilər qonaqları gözəl el havası ilə salamladıqdan sonra, el ağsaqqalı Dədə Qorqud Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin birgə iştirakı ilə bayram tonqalını qalayaraq, Novruzun gəlişi münasibətilə xalqımıza xeyir-dua verdi: "Ötən il böyük əməllərlə yadda qaldı. Urvatlı olsun! Əlincəqala yenidən bənd-bərəsini möhkəmlətdi. Düşərli olsun! Onunla bərabər igidlərin də qoluna qüvvət gəldi. Təpərli olsun! El ağsaqqalı Dədə Qorqud deyir ki, heç nə səbəbsiz yaranmır. Bütün bunları yaradanlar var. Ömürləri uzun olsun! Bu əziz gündə diləyimiz budur: xalq üçün yaşayanlara, xalq üçün yaradanlara alqış olsun!"
Daha sonra tədbirdə "Novruz bayramı"nın əsas personajları olan Bahar qız qonaqları duz-çörəklə salamladı, Kosa və Keçəl  ictimaiyyəti bayram münasibətilə təbrik etdərək öz Şuşa səfərlərindən bəhs etdilər.
Rayon rəhbərliyi və qonaqlar Novruzun özünəməxsus xüsusiyyətlərini və milli adət-ənənələrimizi özündə əks edirən eksponatlarla, xüsusilə "Şuşa ili" ilə əlaqədar hazırlanan nümunələrlə tanış oldular.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı əziz bayram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq  Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və  həmin ərazilərdə böyük çoşgu ilə Novruz bayramını qeyd etdiyimizi, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini,  torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini  "Novruz bayramı" və "Şuşa ili"   münasibətilə təbrik etdi, hər kəsə xoş bayram ovqatı arzuladı.
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri maraqla qarşılandı. Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlar təşkil olunan bayram şənliyinə xüsusi çalar qatırdı. Burada körpə və şagirdlərdən ibarət özfəaliyyət kollektivlərinin, nağaraçalanlar ansanblının çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı.
Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.
Şənlikdə həmçinin ictimai-iaşə xidməti göstərilmiş, yerli müəssisələrin istehsal etdikləri məhsulların və müxtəlif sənətkarların əl işlərindən ibarət sərgilər təşkil edilmişdi. Binəqədi rayonunda fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlər, kommersiya şirkətləri, istehsal və xidmət müəssisələri üçün pavilyonlar qurulmuşdu. Burada hazırlanan müxtəlif növ milli yeməklər, bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunmuşdur.
Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı ilə davam etdirilmişdir.
Tədbirin aparıcısı tarixi-mədəniyyət abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğ edilməsinə,  ölkəmizdə və eyni zamanda xarici ölkələrdə Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ edən festivalların, mahnı müsabiqələrinin təşkilinə xüsusi önəm verən UNESCO və İSESCO - nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində xalqımızın milli bayramı olan "Novruz bayramı"nın UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini xüsusilə vurğulamışdır.  
Tədbirdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Böyük Qələbəmiz və "Şuşa il" ilə əlaqədar səsləndirilən fikirlər, ifa edilən mahnılar doğma yurdumuza, Qarabağımıza həsr olunmuşdur.
Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etmişdir.  
Novruz bayramınız mübarək! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!
Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə

Sosial       Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xeber.az cəbhədən son xəbərlər 2026 bu gune olan xeberler