Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb.
azxeber.com xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşlar üçün nə ifadə etdiyini aydın dillə izah etməkdir.
Saytda Azərbaycan iqtisadiyyatındakı son hadisələr, sahibkarlıq, bank sektoru, investisiya, turizm və maliyyə bazarları ilə bağlı yeniliklər işıqlandırılacaq. Dünya iqtisadiyyatının gündəmi, beynəlxalq şirkətlərin qərarları və qlobal bazarlardakı dəyişikliklər də gündəlik təqdim olunacaq.
1business.media-nın məramı iqtisadi xəbəri sadəcə çatdırmaqla kifayətlənməyərək, onun səbəblərini və mümkün təsirlərini oxucu üçün aydınlaşdırmaqdır. Platforma operativliyi, faktlara əsaslanan məlumatı və maraqlı təqdimatı fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirib.
Yeni media layihəsi sahibkarlar, investorlar və iqtisadi gündəmi izləyən hər kəs üçün faydalı informasiya mənbəyi olmağı hədəfləyir.
Oxucular xəbərləri saytından izləyə, həmçinin TikTok, Facebook və Instagram-da 1business.media səhifələrinə qoşula bilərlər.
azxeber.com xəbər portalı yeni layihəyə uğurlar diləyir

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib