Qızıl bu tarixdən bahalaşacaq

Qızıl bu tarixdən bahalaşacaqDünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur.
Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə isə 3 500 dollara qədər ucuzlaşa biləcəyini proqnozlaşdırır.
Qızıl bazarında son dəyişikliklər ABŞ dollarının möhkəmlənməsi, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlamaq ehtimalı ilə əlaqələndirilir.
"Reuters" agentliyinin oktyabrın 27-də dərc etdiyi 30 analitik və treyder arasında keçirilən sorğunun nəticələrinə görə, qızılın 2026-cı il üzrə orta qiymət proqnozu 4 495 dollar təşkil edib. Bu, üç ay əvvəlki 4 509 dollarlıq proqnozdan aşağıdır. Analitiklər 2027-ci il üçün isə orta qiymət gözləntisini 4 650 dollara yüksəldiblər.
Bununla yanaşı, "Sucden Financial" şirkətinin analitikləri qızılın ilin sonuna qədər 3 900 dollar səviyyəsində dəstək nöqtəsini yoxlaya biləcəyini düşünürlər. Onların fikrincə, ABŞ-də faizlərin yüksək qalması və inflyasiya təzyiqləri qiymətli metalın bahalaşmasını çətinləşdirir.
Fransanın "Natixis" bankı isə qızılın gələcək qiyməti ilə bağlı üç mümkün ssenari təqdim edib. Bankın baza proqnozuna əsasən, qiymətli metal 2026-cı ilin sonuna qədər 4 100 dollara qədər geriləyə bilər. Daha mənfi ssenaridə isə qiymətin 3 500 dollara enməsi istisna edilmir. Əksinə, inflyasiyanın sürətlə zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətini yumşaltması qızılın 5 250 dollardan yuxarı qalxmasına şərait yarada bilər.
Digər tərəfdən, "OCBC" bankının strateqləri noyabrın 2-də açıqlanan yeni proqnozlarında qızılın ilin sonuna qədər 4 250 dollara, 2027-ci ilin sonuna qədər isə 4 710 dollara yüksələ biləcəyini bildiriblər. Onların fikrincə, mərkəzi bankların qızıl alışları və investisiya fondlarına vəsait axını qiymətli metalın qiymətini dəstəkləyən amillərdir.
Beləliklə, dünya analitiklərinin proqnozları qızılın gələcək qiyməti ilə bağlı vahid mövqenin olmadığını göstərir. Yaxın perspektivdə ucuzlaşma ehtimalı gündəmdə qalsa da, 2027-ci ildə qiymətlərin yenidən yüksələcəyi gözləntiləri də var.
///sfera.az / azxeber.com

İqtisadiyyat       Tarix: 03 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır

Novo Azərbaycan piylənmə üzrə ixtisaslaşmış klinikaların yaradılmasıvə fəaliyyətinin təşkili məqsədilə Citomed Cliniс, Inci Clinic,Esthederm,  Istanbul NS, Kepro esthetic,Medical city, Renessans, Sapfir Esthetics,  Zahr

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib. Bu dəfə futbol meydanında qərarlar

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri oxu.az xeberler sonxabar az son xeberler bugun 2026 azerbaycan