Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Qafqazın bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş ekosistemi olan Bir, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları ilə təmassız əsaslı ödəniş (NFC) imkanını istifadəyə verib.
Yenilik Bakı və Abşeron ərazisində, həmçinin Xankəndi şəhərində fəaliyyət göstərən avtobus marşrutlarına, eyni zamanda Bakı metropoliteninə şamil edilir. Belə ki, artıq ölkəmizə gələn qonaqlar ictimai nəqliyyatda təmassız xarici bank kartları ilə birbaşa "tap & pay" ("toxun və ödə") texnologiyası vasitəsilə ödəniş edə bilərlər. Bu həll yerli nəqliyyat kartlarına ehtiyacı, nağd valyuta mübadiləsini və əlavə qeydiyyat prosedurlarını tam şəkildə aradan qaldırır.
Nəqliyyatda ödəniş rahatlığı yeni mərhələyə keçdi
Müasir şəhərlərdə inteqrasiya olunmuş ödəniş sistemləri artıq yalnız rahatlıq elementi deyil, eyni zamanda əlçatanlıq, səmərəlilik və inklüzivliyi təmin edən fundamental infrastruktur komponentidir.
Bir ekosistemi Azərbaycanda daha ağıllı mobillik modelinin formalaşmasına töhfə verərək, "K Group" MMC (BakıKart) ilə strateji əməkdaşlıq çərçivəsində m10 rəqəmsal pul kisəsi vasitəsilə ölkədə ilk QR əsaslı ictimai nəqliyyat ödənişlərini tətbiq edərək, gündəlik hərəkətliliyə çeviklik və sürət qazandırıb.
Təqdim olunan xidməti daha da gücləndirərək, Birbank vasitəsilə mobillik strategiyasını genişləndirən Bir, Bakı metropoliteni və avtobuslarda NFC ödənişlərini aktivləşdirərək tam təmassız ictimai nəqliyyat təcrübəsini formalaşdırıb.
Bu sistemin əsas xüsusiyyəti onun qapalı ekosistem deyil, açıq infrastruktur modeli kimi dizayn olunmasıdır. Xidmət Birbank kartları ilə yanaşı, digər yerli bank kartlarını da əhatə edərək, şəhər miqyasında tam rəqəmsal ödəniş mühiti formalaşdırıb.
Sonuncu təqdim olunan yenilik – xarici bank kartları üçün NFC ödənişlərinin genişləndirilməsi isə bu strategiyanın növbəti mərhələsini təşkil edərək, xidməti yerli miqyasdan qlobal istifadə imkanlarına açır.
Bu, həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verərək, fintek texnologiyalarının ictimai infrastrukturu gücləndirməklə şəhər mobilliyini yeni səviyyəyə yüksəltməsinin göstəricisidir.
Bir haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb