Bir gündə ölkədən 15 milyard dollar çıxarılıb – Şok rəqəmlər açıqlandı

Bir gündə ölkədən 15 milyard dollar çıxarılıb – Şok rəqəmlər açıqlandıTürkiyədə baş verən son hadisələr Azərbaycanda da maraqla izlənir. İstər politoloqlar, istər media, istərsə də sıravi insanlar İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlunun və digərlərinin həbsinə həssas reaksiya verirlər və bu, diqqət mərkəzində saxlanılır.
Politoloq Şahin Cəfərli özünün sosial şəbəkə hesabında 19 martdan bu günə qədər Türkiyə Mərkəzi Bankının lirənin mövqeyini möhkəmləndirmək üçün xərclədiyi vəsaiti açıqlayıb və bu, kifayət qədər sensasion rəqəmlərdir.
Bir gündə ölkədən 15 milyard dollar çıxarılıb – Şok rəqəmlər açıqlandıŞahin Cəfərli
KONKRET.az Globalinfo.az-a istinadən Şahin Cəfərlinin şərhini təqdim edir:
"Son 3 gündə (19-20-21 mart) Türkiyə Mərkəzi Bankının yerli bazarda satdığı valyutanın həcmi 26 milyard dolları ötüb
(İmamoğlunun saxlanılmasından əvvəl MB-nin net rezervləri svop daxil 73,9 milyard dollar, svop xaric 65,4 milyard dollar idi).
Polis əməliyyatının həyata keçirildiyi gün – 19 martda ölkədən 15 milyard dollar kapital çıxışı baş verib.
Mərkəzi Bank TL-ni dəstəkləmək üçün bazara birbaşa müdaxilə ilə bərabər, aşağıdakı alətləri də işə salıb:
– Gecəlik (qısamüddətli) borc faizi 2% artırılaraq 46%-ə qaldırılıb. (Dövriyyəyə buraxılan pul kütləsini azaltmaq üçün);
– Həftəlik repo hərracları (bankların nəğd pulla təmin edilməsi) müvəqqəti dayandırılıb;
– Bazara 3 aylıq likvid kağızlar çıxarılıb. (Bazardan nəğd pulun toplanması üçün).
Bundan başqa, Türkiyənin 2 illk, 5 illik və 10 illik dövlət kağızlarının faizləri, eləcə də kredit risk əmsalı (CDS) yüksəlib ki, bunlar dövlətin daha yüksək faizlə borclanması və ölkəyə yatırım gəlməsinin daha da çətinləşməsi deməkdir. (Türkiyənin toplam xarici borcu ötən ilə olan məlumata görə, 526 milyard dollar təşkil edir).
Əgər xalq tərəfindən seçilmiş İstanbul bələdiyyə başqanı vəzifəsindən kənarlaşdırılaraq yerinə hökumət tərəfindən heç bir legitimliyi olmayan qəyyum təyin olunarsa, eyni zamanda ölkədə kütləvi etirazlar davam edərsə, maliyyə bazarlarındakı təlatümün də davam edəcəyi və bütövlükdə ölkə iqtisadiyyatında neqativ tendensiyaların güclənəcəyi şübhəsizdir.
Türkiyə rəhbərliyinin hazırda nə düşündüyünü və hansı planlar qurduğunu təbii ki, bilmirik. Əgər seçki demokratiyasına və qutunun müqəddəsliyinə toxunulmayacaqsa, İmamoğlu namizəd olsun, ya olmasın, bu gedişat hakimiyyət üçün xoş perspektiv vəd etmir. (Son prezident seçkilərində müxalifətin zəif fiquru qarşısında, üstəlik, müxalif ittifaqın 2-ci adamının iqtidara işlədiyi bir şəraitdə, çətinliklə qalib gəldiklərini və cəmi 10 ay sonra keçirilən yerli hakimiyyət seçkilərində məğlub olduqlarını unutmayaq).
Yox, bundan sonra normal seçki keçirilməyəcəksə və diktaturaya zorakı keçid baş verəcəksə, onda ölkənin vətəndaş qarşıdurması xaosuna sürüklənməsi ehtimalı var ki, bu, nə Türkiyəyə lazımdır, nə də bizə".

Sosial       Tarix: 22 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler bugunun xeberleri idman xeberleri son xeberler bugun 2026 canli ensonxeberler