Bir həftə sonra sağalıb-sağalmadığını yoxlamaq üçün ikinci dəfə test vermək istəyənlər nə etməlidir? - ÖZƏL
"Omikron" ştamının yayılması ilə Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı. Bu dövrdə karanatin müddətinin 7 günə endirilməsi isə bəzi problemlərə səbəb oldu. Belə ki, 7 günün tamamında tam sağalmayan şəxslər əmin olmaq üçün ikinci dəfə test vermək istəyir. Lakin bu şəxslərdən testlər götürülmür. Maraqlıdır, belə məqamda insanlar nə etməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə ekspert, həkim Rauf Qasımov bildirib ki, yoluxma sayındakı kəskin artım testlərin götürülməsinə ciddi təsir edib: "Testlərin götürülməsi ilə bağlı şəxsən ciddi problemlərlə rastlaşmamışam. Bir müddət əvvəl ölkədə yoluxma sayı rekord həddə qalxmışdı. Xəstəxanalar test sayının çoxluğuna görə çatdıra bilmirdi. Həmin dövrdə testlərlə bağlı bəzi problemlər yaşandı. Çünki həmin ərəfədə səhiyyə sisteminin yükü çox artdı. Elə tibb müəssisələri var ki, gündəlik test üçün müraciət edənlərin sayı rekord həddə çatır. Laboratoriyaların bu qədər çoxsaylı testləri qarşılamağa gücü çatmır. Belə bir məqamda testlərin götürülməsi ilə bağlı bəzi imtinalar oldu. Bu da təbii haldır".
Həkim əlavə edib ki, artıq yoluxma sayında azalma tendensiyası müşahidə olunur. "Omikron" ştammı kollektiv immunitetin yaranmasında mühüm rol oynadı. Artıq əhalinin böyük qismi demək olar ki, virusla təmasda olub. Panika artıq geridə qalıb. Yeni ştammın fəsadları da çox ağır deyil. Yoluxan şəxslər bir həftədən sonra sağalır. Bir həftədən sonra virus öz yoluxma qabiliyyətini itirir. Testlərin götürülməsi məsələsində yaranan çətinlik də getdikcə yoluna düşür. Lakin əgər kimsə ikinci dəfə test vermək istəyirsə özəl klinikalara müraciət edə bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto