Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadır

Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadırBir çox insan üçün 20 yaşlar qayğısız dövrdür – siqaret, spirtli içki və hərəkətsizlik adi hal kimi qarşılanır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu həyat tərzinin fəsadları əsasən 36 yaşdan sonra üzə çıxır.
KONKRET.azMilli.Az-a istinadən məqaləni təqdim edir:
Finlandiyada aparılan araşdırmaya görə bu yaşa qədər siqaret və içkinin ciddi təsiri olmasa da, 36-dan sonra sağlamlıqda geriləmələr müşahidə olunur. Xərçəng, ürək və ağciyər xəstəlikləri, depressiya və erkən ölüm riski artır.
Həkimlər bildirirlər ki, bu yaşdan sonra orqanizm artıq zərərli vərdişləri "bağışlamır". Siqareti 35 yaşadək tərgidənlər siqaret çəkməyənlərlə eyni həyat müddətinə sahib ola bilirlər. Lakin 40 yaşdan sonra ağciyər xərçəngi riski xüsusilə kişilərdə sürətlə artır. Alkoqol da bu dövrdə orqanizmə daha çox zərər vurur. Qaraciyər, ürək, təzyiq, diabet və demensiya riski artır.
36-46 yaş arası həm də hormonal dəyişikliklərin baş verdiyi dövrdür. Qadınlarda estrogenin azalması sümük və əzələ itkisinə, immunitetin zəifləməsinə səbəb olur. Kişilərdə isə testosteron azalır, metabolizm zəifləyir. Bu illər həm də insanların daha çox stress yaşadığı, iş və ailə məsuliyyətlərinin artdığı dövrdür ki, bu da sağlamlığa əlavə yük yaradır.
Mütəxəssislər bu onilliyi dəyişiklik üçün ən uyğun dövr hesab edir. Siqareti tərgitmək, spirtli içkini azaltmaq, balanslı qidalanmaq, müntəzəm idmanla məşğul olmaq və keyfiyyətli yuxuya önəm vermək gələcək sağlamlıq üçün vacib addımlardır. Araşdırmalara görə, 36-44 yaş aralığında siqareti tərgidənlər həyatlarına 9 il əlavə edə bilirlər. Qidalanmada şəkər, ağ un və emal olunmuş məhsullardan uzaq durmaq, tərəvəz, meyvə, paxlalılar və fermentləşdirilmiş qidalara üstünlük vermək tövsiyə olunur. Vitamin C, D, B kompleksi, omeqa-3 və maqnezium kimi əlavələr də faydalıdır.
Yuxusuzluq, stress və hormonal pozuntular arasında əlaqə olduğu üçün istirahət və sosial həyat da vacib sayılır. Mütəxəssislər bu yaş aralığını gələcək sağlamlıq üçün həlledici mərhələ hesab edir.

Sağlamlıq       Tarix: 29 may 2025
f Paylaş

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər