Beynimizin vərdişlərlə bağlı sirri açıldı - ŞOK KƏŞF
Londondakı "Sainsbury Wellcome" Mərkəzində aparılan yenilikçi tədqiqat beynimizin vərdişləri necə öyrəndiyinə dair mühüm kəşf ortaya qoyub.
KONKRET.azxəbər verir ki, araşdırmaya görə, beyində yalnız mükafat əsaslı öyrənmə deyil, həm də təkrarlanan davranışları gücləndirən ikinci bir sistem mövcuddur.
"Nature" jurnalında dərc olunan işə görə, beyin iki fərqli dopamin siqnalı vasitəsilə öyrənir: mükafat proqnozu xətası (RPE) və hərəkət proqnozu xətası (APE). RPE nəticələrin qiymətləndirilməsinə xidmət edir, APE isə tez-tez edilən hərəkətləri möhkəmləndirir. Xüsusilə striatumun quyruğu adlı hissədə kodlanan APE sistemi vərdişlərin davamlı formalaşmasında əsas rol oynayır. Bu bölgə zədələnəndə vərdişlər inkişaf etmir.
Tədqiqat pis vərdişlərin niyə tərk edilməsinin çətin olduğunu da açıqlayır: Beyin bir hərəkəti çox təkrar etdikdə, onu dəyərsizləşdirmədən varsayılan hal kimi qəbul edir. Amma yeni vərdişlərin köhnələrinin yerini tutması mümkündür. Bu kəşf asılılıq və parkinson kimi xəstəliklərin müalicəsində yeni üfüqlər açır.
Natiq Səlim,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan