Bir həftədən sonra Ermənistanla sülh müqaviləsi imzalanacaq? - Mühüm açıqlama

Bir həftədən sonra Ermənistanla sülh müqaviləsi imzalanacaq? - Mühüm açıqlama"İlin sonuna qədər hər hansı bir sürpriz müqavilənin imzalanacağını qətiyyən düşünmürəm. Çünki bunların hamısı növbəti dəfə Ermənistanın sülhpərvər görüntüsü yaratmasından başqa bir şey deyil".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Həftənin əvvəlində Ermənistan parlamentinin spikeri Alen Simonyanın yaxın 15 gün ərzində sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu deyib. Daha sonra hər 2 ölkənin baş nazir müavinlərinin Azərbaycan-Ermənistan sərhədindəki görüşü baş tutub.
N. Mirinin sözlərinə görə, rəsmi İrəvan sülh müqaviləsi prosesində diktə edən tərəf deyil, müqavilə müharibələrin nəticələrinə uyğun hazırlanmalıdır:
"Qalib tərəf Azərbaycandır. Ermənistanın İspaniyanın Qranada şəhərində Azərbaycansız imzaladığı bir bəyanat var. Onu Aİ, Fransa və ABŞ dəstəkləyir. Bu, dolayısı çərçivə sazişidir ki, Azərbaycan bunu əsla qəbul etməz. Bu, Azərbaycan dövlətinin milli maraqlarına uyğun bir davranış deyil".
Siyasi təhlilçinin fikrincə, Simonyanın bəyanatı, sadəcə olaraq, İrəvanın növbəti dəfə sülhpərvər görüntüsü yaratmaq xarakteri daşıyır:
"Sülh qovşağı" da uydurma layihədir. Bunların hamısı növbəti manipulyasiyadır. Qazaxdakı görüşlər də formal bir xarakter daşıyır. Çünki Ermənistan sərhəddə sülh müqaviləsini müzakirə etmək görüşündən imtina edə bilmədiyi üçün delimitasiya ilə bağlı olan işçi qrupunun görüşünü təklif edib. Lakin beşinci görüşdə bəzi məsələlər razılaşdırılıb. Amma ortada konkret bir nəticə yoxdur.
Azərbaycanın işğalda olan 8 kəndinin geri qaytarılması hələ də problematik bir məsələdir. Çünki Ermənistan ittihamlarla çıxış edir. Bu da onu sübut edir ki, İrəvan strateji ərazilər saydığı, Azərbaycana məxsus 4 kəndi geri qaytarmaq istəyində deyil. Azərbaycan növbəti dəfə hərbi əməliyyat keçirə bilər. Çünki 44 günlük Vətən müharibəsindən sonra 2021 və 2022-ci ilin sentyabrı və ən nəhayət, 2023-cü ilin sentyabrın 19-u həyata keçirilən antiterror əməliyyatına qədər baş tutan bütün əməliyyatlar göstərdi ki, Ermənistan indiyə qədər aldığı "dəmir yumruq"dan heç bir şəkildə dərs çıxarmır. Növbəti yumruğu Ermənistanın başına endirməklə Azərbaycanın işğalda olan torpaqlarını, xüsusilə də Kərki və Yuxarı Əskiparanı geri qaytarmaq lazımdır ki, Ermənistanın yeganə quru çıxışı olan Gürcüstan yolu da nəzarətimizə keçsin.
Bununla da məsələ bitir, çünki burada həm İran, həm də Ermənistanın maraqları var. Ona görə də bundan sonra atılacaq strateji addım bundan ibarət olmalıdır. Əgər biz bunu bu gün etməsək, eləcə də gələcəkdə sülh müqaviləsi və yaxud çərçivə sazişi imzalansa və bəzi dövlətlər buna təminat vermiş olsalar, həmin kəndləri geri qaytara bilməyəcəyik".

Siyasi       Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər