Bir ildə 63 kq arıqlayan qadın həyata baxışının dəyişməsindən danışdı - FOTO
Bir ildə 63 kq arıqlayan qadın həyata baxışının dəyişməsindən danışdı - FOTO
Pandemiya dönəmində 63 kq arıqlayan avstraliyalı qadın yeni bədən quruluşunun həyata baxışını necə dəyişməsindən danışıb.
Bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilir ki, Melburndan olan Hasinta Hayden evdə qaldığı müddətdə öz çəkisini iki dəfə azaldıb. 28 yaşlı menecer öz hədəfinə 128 kq-dan başlayıb. Bir illik mütəmadi fiziki məşqlər və kalorisi az rasion onu özünün də dediyi kimi "ən gözəl və sağlam halına" gətirib.
Kök vaxtlarında Hayden halsızlıqdan və oynaqlarında dəhşətli ağrılardan əziyyət çəkirdi. Bu isə onun işinə mane olurdu. Çəkisi qadının psixoloji sağlamlığına da təsir edib.
"Özümə qapanmışdım, dostlarım və ailəmlə ünsiyyətdən qaçırdım", - deyə o, həmin günlərini xatırlayarkən bildirib.
Gənc qadın hədəfinə doğru aşağı intensivli hərəkətlərdən - səhər və axşam gəzintilərindən başlayıb. Sonra evdə kardio məşqlərlə davam edib.
"Çəkim azaldıqca, daha çox məşq etmək istəyirdim", - deyə gənc qadın bildirib.
O, həmçinin qida qəbulunda da dəyişiklik edib. Hayden etiraf edir ki, əvvəllər çoxlu ayaqüstü qəlyanaltılar, şirniyyatlar və qazlı içkilərdən ibarət olan rasionunu qatıq, yoqurt, tünd qəhvə, pendirli və tərəvəzli makaron, toyuq əti ilə əvəzləyib, ara vaxtlarda isə təzə meyvə, az miqdarda qoz-fındıq qəbul edir.






Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR