Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır

Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandırBir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır
Mütəxəssislər çoxlu qoz-fındıq istehlakının yüksək xolesterola səbəb ola biləcəyini və həzm sisteminə mənfi təsir göstərdiyini bildirib.
Oxu.Az xəbər verir ki, sağlam qəlyanaltı sayılan quru qoz-fındıq həddindən artıq istehlak edildikdə zərərlidir. Bildirilir ki, bu çərəzləri az miqdarda yemək lazımdır. 
İstehlak edilən qidaların bədən sistemlərinin işləməsi və sağlamlığı ilə yaxından əlaqəli olduğuna diqqət çəkən mütəxəssislər çərəzlərin mikro və makro elementlər baxımından çox zəngin bir tərkibə sahib olduğunu vurğulayıb.
Tərkibindəki mikroelementlər, fitonutrientlər, antioksidantlar, doymamış Omeqa-3 yağ turşuları və vitamin, minerallar səbəbiylə qoz-fındıq sağlam qidadır, ciddi müsbət təsirlərə malikdir. Lakin qoz-fındıq həm də karbohidrat və kalori ehtiva etdiyi üçün istehlak edildikdə bəzi zərərlərlə qarşılaşa bilərik.
Bu səbəbdən gündə bir ovuc qoz-fındıq istehlak etmək, tərkibindəki vitamin və minerallar baxımından bədənimizə müəyyən müsbət təsir göstərir. Fındığın həzm sisteminə müsbət təsir etdiyi və tərkibindəki E vitamini sayəsində dərinin gözəlləşməsinə töhfə verdiyini də vurğulanıb. Qozun eyni zamanda beyin və nevrologiya baxımından da ciddi faydaları var.
Qoz immunitet sistemi ilə bağlı bir çox problemə müsbət təsir edir. Eyni zamanda dırnaqlarımızda və daxili orqanlarımızda meydana gələ biləcək pozğunluqların qarşısını almaq xüsusiyyətinə malikdir.
Qurudulmuş qoz-fındıq çiy və qovrulmuş halda istehlak edilir. Ancaq istiyə nə qədər çox məruz qaldıqca müsbət təsirləri də azalır. Ona görə də mümkün qədər çiy halda istehlak etmək daha faydalıdır.
Xüsusilə səhər yeməyimizdə istifadə etmək orqanizmimizə çox faydalı olacaq. Arıqlamaq istəyənlər və gündə iki dəfə yemək yeməyə çalışanlar səhər yeməyinə qoz-fındıq qatsalar, uzun müddət tox qala bilərlər.
Həddindən artıq istehlak edildikdə xolesterinin artmasına səbəb ola bilər. Bəzi insanlarda həzm sisteminə də mənfi təsir göstərə bilər. Qozun tərkibindəki duz yüksək olarsa və həddindən artıq istehlak edilərsə, təzyiq xəstələrinin təzyiqini yüksəldə bilər. Böyrək xəstəliyi olan insanlar qoz-fındıqları çox ehtiyatla istehlak etməlidirlər.
Çünki qoz-fındıq maqnezium və kaliumla zəngin qidalardır. Kalium normal insanlar üçün faydalı ola bilər, lakin böyrək problemi olan insanlarda bədənə yük olacağı üçün nəzarətli şəkildə istehlak edilməlidir.

Maraqlı       Tarix: 25 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son.xabar valyuta məzənnələri cəbhədən son xəbərlər