Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Bir və Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir, Çinin aparıcı ödəniş sistemi "UnionPay"in beynəlxalq törəmə şirkəti "UnionPay International" ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində "UnionPay" kart sahibləri ölkədə daha geniş ödəniş imkanlarından yararlana biləcək, Azərbaycanın qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.
Tərəfdaşlığın ilk mərhələsi artıq uğurla başa çatıb. Artıq "UnionPay" kart sahibləri Bir ekosisteminə daxil olan Birbank-ın 1300-ə yaxın bankomatında vəsaitini nağdlaşdıra, eyni zamanda 1000-dən artıq onlayn ticarət nöqtəsində təhlükəsiz və rahat ödəniş həyata keçirə bilərlər.
Layihənin növbəti mərhələsində "UnionPay" kartlarının qəbulu Birbank-ın POS-terminal şəbəkəsində də təmin ediləcək. Bununla da "UnionPay"  kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN vasitəsilə ödəniş etmək imkanı qazanacaq. Həmçinin, Birbank istifadəçiləri də "UnionPay" kartlarına pul köçürmələrini həyata keçirə biləcəklər. Layihənin tam icrasından sonra Bir ekosistemi "UnionPay" kartlarının bütün əsas akvayrinq kanalları – bankomatlar, elektron ticarət, POS terminalları və mobil POS cihazları üzrə qəbulunu təmin edərək Azərbaycanda ən geniş beynəlxalq kart qəbulu infrastrukturlarından birinə sahib olacaq.
Bu əməkdaşlıq Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. "UnionPay" kartlarının ölkədə daha geniş qəbul edilməsi milyonlarla xarici ziyarətçinin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə imkan yaradacaq. Bununla yanaşı, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş qlobal müştəri auditoriyasına xidmət göstərə biləcəklər.
Bir-in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib: "Bu gün insanlar başqa ölkəyə gedəndə istifadə etdikləri kartın hər yerdə problemsiz işləməsini gözləyirlər. Rəqəmsal imkanların genişləndiyi dövrdə bu, artıq əlavə üstünlük deyil, standart gözləntidir. Biz də Bir olaraq beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. "UnionPay"lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır".
Tərəfdaşlığın beynəlxalq əhəmiyyətini vurğulayan "UnionPay International"ın baş icraçı direktoru Van Lisin (Wang Lixin) isə bildirib: "Azərbaycan bizim üçün əhəmiyyətli bazarlardan biridir və Bir ilə əməkdaşlığımız ölkənizdə UnionPay kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır və növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik. Bir-lə uzunmüddətli tərəfdaşlığımızın hər iki tərəf üçün dəyər yaradacağına inanırıq".
Bir haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az / azxeber.com

İqtisadiyyat       Tarix: 22 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail oldu

"Tam istədiyiniz market" sloqanı ilə fəaliyyət göstərən Tamstore marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley – 100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfin

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhat

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqa

British School in Baku'da təhsilin rəqəmsallaşmasında yeni addım

"British School in Baku" məktəb tətbiqini yeni rəqəmsal funksiyalarla zənginləşdirərək şagird və valideynlər üçün təhsil prosesini daha rahat və əlçatan edib. xəbər verir ki, tətbiqə əlavə olunan yeniliklər arasınd

Unibank bankomat şəbəkəsini yeniləyir

Unibank müştərilərə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə bankomat şəbəkəsinin yenilənməsi və genişləndirilməsi istiqamətində işləri davam etdirir. Hazırda Bank ölkə üzrə 187 aktiv UTM ilə Azərbaycanın 3-cü ə

Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell danışıq dəqiqələri, internet, SMS və rouminq imkanları ilə yanaşı, sosial şəbəkələrdə istifadə üçün əlavə internet bonusları təqdim edən "GO" tariflərini abunəçilərinə təklif edir. 0.99 AZN-dən başlaya

"SİMM – Süni İntellektlə Müasir Məktəb" layihəsinin praktiki təlim mərhələsinə start verilir

Azercell-in dəstəyi ilə həyata keçirilən "SİMM – Süni İntellektlə Müasir Məktəb" layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifad

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

Hörmətli səhmdar!. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırı

Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərd


azerbaycan xeberleri son xeberler yeni xeberler iqtisadiyyat xeberleri bugun cəbhədən xəbərlər cəbhədən görüntülər son xəbər