"Birbank Biznes daha rahat və çevik işləyən rəqəmsal bankçılıq sistemidir

Son bir neçə ildə Kapital Bank sahibkarlara təqdim etdiyi məhsul və xidmətlərin rəqəmsallaşması istiqamətində bir sıra böyük layihələr icra edib. Bankın qarşısına qoyduğu əsas hədəf isə biznes sahiblərinə tam rəqəmsal bank xidmətləri təqdim etməkdir. Bu gün istənilən sahibkarın əsas resursu onun vaxtıdır. Məhz bu fikri əsas götürərək Kapital Bank sahibkarlar üçün yeni Birbank Biznes rəqəmsal bankçılıq sistemini istifadəyə verdi. Qeyd edək ki, Birbank Biznes bankın daha əvvəl istifadədə olan Müştəri Bank sisteminin yenilənmiş brendidir. Bəs Birbank biznes hansı özəlliklərə malikdir? Ümumiyyətlə, sahibkarlar başqa hansı yenilikləri istifadə edə biləcəklər? Bu suallara cavab almaq üçün Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadədən müsahibə aldıq.
- Fərid müəllim, Kapital Bank pərakəndə bankçılıq xidmətləri ilə yanaşı, sahibkarlar üçün də bir sıra yeni məhsullar və xidmətlər təklif edir. Bu sahədə mövcud vəziyyət barədə nə deyə bilərsiniz?
- Həm cari, həm də 2024–2026-cı illəri əhatə edən növbəti strateji dövrdə Kapital Bank üçün ən prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Pərakəndə sahədə olduğu kimi, biznes və korporativ seqmentdə təqdim etdiyimiz məhsul və xidmətlərin bir çoxu artıq onlayna keçirilib və bu proses davam etməkdədir. Hazırda sahibkarlar tərəfindən həyata keçirilən köçürmə və ödənişlərin 99%-i rəqəmsal platformalar üzərindən yerinə yetirilir. Maliyyələşmə və biznes məhsulları üzrə müraciətlərin 100%-nin onlayn kanallar vasitəsilə qəbul edilməsi imkanı yaradılıb. Hətta bu yaxınlarda tender və nağd təminatlı qarantiyaların əldə olunması əvvəldən axıra kimi, yəni tamamilə onlayn olaraq Birbank Biznes üzərindən müştərilərin istifadəsinə verilib. Sahibkar hesablarına gəldikdə isə onların 95%-dən çoxu məsafədən açılır. Azərbaycanda mikrokreditləri tam onlayn verməyə də ilk dəfə məhz Kapital Bank başlayıb. Bu gün mikrokreditlərin təxminən 50%-i rəqəmsal kanallar vasitəsilə rəsmiləşdirilir.
Məhsul və xidmətlər ilə bağlı mövcud vəziyyət barədə danışdıqda regionumuzda ilklərdən sayılan sahibkarlara smartfon vasitəsilə təmassız ödənişləri qəbul etmək imkanını verən Mobil POS xidmətini də qeyd etmək istərdim. Bu il Mobil POS xidmətinə taksit funksionallığını əlavə etdik. Hal-hazırda Mobil POS ənənəvi terminal ilə müqayisədə 3 dəfə daha çox sifariş verilir. Həmçinin sahibkarlara bank xərclərinə qənaət edə bilmələri üçün bankımız tərəfindən müxtəlif çeşiddə tarif paketləri təklif edilir ki, bu da öz növbəsində müştərilərə biznes gəlirlərini səmərəli idarə etməyə töhfə verir.
- Kapital Bank sahibkarların dəyərli vaxtlarına qənaət etmək üçün hansı texnoloji həllər təqdim edir? Yeni təqdim olunan Birbank Biznes hansı üstünlüklərə malikdir?
-Öncə qeyd etdiyim kimi, rəqəmsal bankçılığın inkişaf etdirilməsi məsələsinə bankımız tərəfindən xüsusi önəm yetirilir. Bildiyiniz kimi, bu yaxınlarda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tam yenilənərək Birbank Biznes-ə çevrildi. Bu yenilənmə, əlbəttə ki, təkcə brend adının dəyişməsi demək deyil. Təklif olunan rəqəmsal məhsul çeşidi artırıldı, müştərilərin istifadə etdiyi interfeyslər daha rahat oldu, əməliyyatların icra sürəti artırıldı. Yenilənmiş sistemin üstünlükləri və funksiyaları barədə bəzi məqamları xüsusi qeyd etmək istərdim. Belə ki, Birbank Biznes-də müştərilər artıq təcili ödənişlər edə bilirlər. Ödənişlər üzrə ƏDV avtomatik hesablanır. Biznes və əməkhaqqı kartlarının ünvana çatdırılması kimi xidmətlər müştərinin vaxtına daha da qənaət etmək imkanını verir. Həmçinin müştərilərin kredit xətti ödənişlərini və istifadəsini, eyni zamanda overdraftlardan istifadəni Birbank Biznes-də həyata keçirmək imkanı var. Yeni təqdim edilmiş cari hesabdan QR-nağdlaşdırma funksiyası vasitəsilə artıq sahibkarlar filiala getmədən istənilən Kapital Bank bankomatından cari hesabdan vəsait nağdlaşdıra bilərlər.
Bundan başqa, Birbank Biznes-də təcili köçürmələr, HÖP ödənişləri, biznes kartlarının sifarişi və çatdırılması, e-ticarət, "Kliklə ödə" xidməti, sənəd dövriyyəsi, toplu imzalama, biznes kreditlərinin rəsmiləşdirilməsi, bank qarantiyası, gömrük kredit kartı, açıq API platforması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarının sifarişi, çatdırılması və kartlara mədaxil, canlı çat funksiyası ilə sualların cavablandırılması və s. əməliyyatlar da mümkündür.
- Birbank Biznes müştərilərini gələcəkdə hansı yeniliklər gözləyir?
- Hazırda biz məhz yeni və müasir texnoloji həllər üzərində fokuslanmışıq. Müştərilərimizin daha rahat və çevik işləyən rəqəmsal bankçılıq sistemindən yararlana bilmələri üçün çalışırıq. Yaxın gələcəkdə Mobil Kassa, sahibkarlar üçün taksit kartı kimi xidmət və funskiyaları Birbank Biznes-ə əlavə etməyi, həmçinin biznes subyektləri üçün tam məsafədən — onlayn kreditləşməni daha da təkmilləşdirməyi planlaşdırırıq. Onu da deyim ki, Birbank Biznes-in gələcəkdə sahibkarlara biznes sahəsində istənilən növ bank xidmətinə məsafədən çıxışı təmin edən bir sistemə çevrilməsi nəzərdə tutulur.
Qeyd edək ki, istifadəsi rahat və təhlükəsiz olan Birbank Biznes tətbiqini həm iOS, həm də Android əməliyyat sistemli cihazlar dəstəkləyir. Tətbiqi yükləmək üçün   bu linkinə, Birbank Biznes-in veb versiyasına daxil olmaq üçün isə  linkinə keçid alın. / azxeber.com

İqtisadiyyat       Tarix: 08 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun