Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 000 AZN olan 165 pul mükafatı öz sahibini tapıb.
İlk tiraj çərçivəsində 100 nəfər 100 AZN, 50 nəfər 200 AZN, 10 nəfər 1000 AZN, 4 nəfər 5000 AZN, 1 nəfər isə 20 000 AZN məbləğində pul mükafatı qazanıb.
Qeyd edək ki, "Yığ və qazan" lotereyası 8 oktyabr 2026-cı il – 8 yanvar 2027-ci il tarixlərini əhatə edir. "Yığ və qazan" lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır. Lotereyada həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində "Bizdən sizə" → "Lotereya" bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.
Lotereyanın növbəti tirajları 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci il tarixlərində keçiriləcək. Final tirajında 50 000 AZN məbləğində baş mükafat sahibini tapacaq.
I tirajın qaliblərinin siyahısı:
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / azxeber.com

Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib - FOTOLAR
Ermənistan bu xəbərlə çalxalanır: Paşinyan böyük "təmizliyə" start verdi – SİYAHI
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi
Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur
Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI
"Sabah" La Liqa səviyyəsində komandadır" - Hansi Flik