2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
Dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir. Xüsusilə Azərbaycan kimi enerji resurslarından əhəmiyyətli gəlir əldə edən ölkələr üçün bu dəyişikliklər mühüm əhəmiyyət daşıyır. Neftin bahalaşması və ya ucuzlaşması dövlət büdcəsinin gəlirlərindən tutmuş valyuta ehtiyatlarına və iqtisadi sabitliyə qədər bir sıra istiqamətlərdə özünü göstərə bilər. Bəs 2027-ci ildə dünya bazarında neftin qiymətində kəskin dəyişiklik baş verərsə, Azərbaycan iqtisadiyyatını hansı proseslər gözləyir?
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2027-ci ildə dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycana bir neçə istiqamətdə təsir göstərə bilər:
"Bu təsirin benzin və dizel qiymətlərində avtomatik şəkildə əks olunacağını düşünmürəm. Çünki Azərbaycanda yanacağın pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir. Buna görə də dünya bazarında neft bahalaşsa və ya ucuzlaşsa belə, daxili yanacaq qiymətlərinin dəyişməsi Tarif (Qiymət) Şurasının qərarından asılı olacaq. Digər tərəfdən, neftin qiymətinin yüksəlməsi ölkənin ixrac gəlirlərini və büdcə imkanlarını artıra, ucuzlaşması isə gəlirləri azalda bilər.
Neftin qiymətindəki bahalaşma daha geniş təsiri nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrində hiss oluna bilər. Xüsusilə dizelin bahalaşması yükdaşımaların, kənd təsərrüfatı texnikasının və məhsul istehsalının maya dəyərini artıra bilər. Bu isə ərzaq məhsullarının, tikinti materiallarının və digər malların qiymətlərinə dolayı təsir göstərə bilər".
Ekspert əlavə edib ki, neftin ucuzlaşması yanacaq və daşınma xərclərinin azalması üçün imkan yaratsa da, bu ucuzlaşmanın son istehlakçı qiymətlərində tam əks olunacağına zəmanət yoxdur:
"Əsas məsələ odur ki, Azərbaycan iqtisadiyyatı hələ də neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də 2027-ci ildə neftin qiymətində baş verəcək dəyişikliklər təkcə yanacaq bazarı deyil, dövlət büdcəsi, investisiya imkanları, valyuta daxilolmaları və ümumi iqtisadi fəallıq baxımından da mühüm əhəmiyyət daşıyacaq".
Aynur Babazadə
Xidmetler [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı