PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin strateji investisiya layihələrinin maliyyələşdirilməsi, sindikatlaşdırılmış kreditlərdən istifadə imkanları, beynəlxalq maliyyə institutlarının (IFI) və inkişaf maliyyə institutlarının (DFI) bu prosesdə rolu, eləcə də yerli və beynəlxalq maliyyə qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
azxeber.com xəbər verir ki, tədbirin açılışında PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov çıxış ediblər. Çıxışlarda Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və biznes subyektləri üçün uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
PAŞA Holdinqin qrup üzrə baş iqtisadçısı Elman Eminov "Azərbaycan iqtisadiyyatına baxış" mövzusunda təqdimatla çıxış edərək ölkənin makroiqtisadi inkişaf perspektivləri, investisiya mühiti və iqtisadi artım tendensiyaları barədə məlumat verib. PAŞA Bankın Maliyyə İnstitutları bölməsinin rəhbəri Mirsəyyad Mahmudov isə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda təqdimatla çıxış edərək ölkədə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarından bəhs edib.
Tədbirdə iqtisadiyyatın müxtəlif strateji sahələri əhatə edən investisiya layihələri təqdim olunub. AgroDairy şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Elnur Əliyev "Azərbaycanın ərzaq təhlükəsizliyinə investisiyalar: irimiqyaslı layihələrə ümumi baxış" mövzusunda çıxış edərək şirkətin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində həyata keçirdiyi layihələr və təşəbbüslər haqqında məlumat verib.
PASHA Real Estate şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Vüqar Axundov "PASHA Real Estate: fəaliyyət istiqamətləri, inkişaf strategiyası və əməliyyat modeli" mövzusunda təqdimatla çıxış edib.
Azerbaijan Green Energy Company (AGEC) tərəfindən "Bərpa olunan enerji layihələri" mövzusunda təqdimat edilib. Təqdimatda Azərbaycanın yaşıl enerji gündəliyi, həyata keçirilən layihələr və bu sahədə mövcud investisiya imkanları haqqında məlumat verilib.
Tədbirin əsas hissələrindən biri yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarına həsr olunmuş panel müzakirəsi olub. PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyevin moderatorluğu ilə keçirilən paneldə LBBW, Nuqi Digital Wealth Ltd, Moonwake Investment və Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.
PAŞA Bank yerli bizneslərin uzunmüddətli maliyyələşmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və ölkə iqtisadiyyatı üçün əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsinə dəstək istiqamətində fəaliyyətini davam etdirir.
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat       Tarix: 21 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb. xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketlər

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Qızıl kəskin ucuzlaşdı

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulmuş qızıl füçersinin dəyəri 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 3 550 dollardan aşağı həddə geriləyib. -a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler enson xeberler bugünki xəbərlər xeber.az son xeberler