Biri yol polisini rüşvətlə ələ almaq istəyir, biri dayısına zəng etdirir' - Deputat

Biri yol polisini rüşvətlə ələ almaq istəyir, biri dayısına zəng etdirir' - Deputat2023-cün gəlişi heç də xoş xəbərlərlə yadda qalmadı. Son günlər baş verən ağır yol qəzaları ölüm hallarına səbəb oldu. Təkcə yeni ilin ilk günündə Bakıda"Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verən ağır yol qəzası nəticəsində 5 nəfər dünyasını dəyişdi.
Bəs, demək olar ki, hər gün baş verən yol qəzaları, nəticədə ölüm hallarının olması nə ilə əlaqədardır? Bu cür halların qarşısını hansı yollarla almaq olar?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev azxeber.com-a fikirlərini bildirib. O, qeyd edib ki, bu məsələdə bir neçə səbəb var:
"Son zamanlar yol qəzalarının artmasının nəticəsində xeyli insan ölümünün baş verməsi bir neçə səbəbə bağlıdır. Birincisi, Azərbaycanda yol infrasturkturu olsa da, yolların tənzimlənməsi, yol işarələri, döngələr və s. ilə bağlı çox ciddi problemlər var. Bəzən təcrübəsiz sürücü yol nişanlarını görə bilmir və ya hansı istiqamətə gedəcəyini əvvəlcədən bilmir. Yaxud o işarəni görəndə artıq gec olur. Sağa və ya sola dönməni tələsərək edir. Bunu yol nişanlarına, yolun düzgün tənzimlənməməsi və yol işarələrinin düzgün quraşdırılmamasına bağlamaq olar".
Deputat qeyd edib ki, ən böyük səbəblərdən biri də məhz sürücülərin özlərinin təcrübəsizliyidir:
"İkincisi, ən böyük səbəb məhz sürücülərin özlərinin təcrübəsizliyi, hər zaman tələsməsi, yol hərəkəti qaydalarını bilməməsidir. Deyək ki, bizim sürücülərimizin hamısı harasa tələsir, qarşısında bir maşın dayanıbsa, hətta tıxac da varsa, başlayır arxadan siqnal verməyə. Belə çıxır ki, öndəki maşın qanadlanıb uçacaq. Bu siqnalı niyə verir? Başa düşmürəm ki, insanlarımız niyə həmişə tələsir, çox sürətlə sürürlər. Hətta özlərini göstərmək istəyənlər var. Avtoşluq edənlər var. Yol qaydalarını pozaraq ötmə əməliyyatı edənlər daha çoxdur. Bir-biri ilə yarışa girənlər var. Bütün bunlar isə çox ciddi problemlər yaradır və ölümlərə səbəb olur. Ən böyük təhlükə yaradan məsələ sürət həddinin aşılmasıdır. Sürücülərin hamısı, demək olar ki, sürət normalarını xeyli aşırlar. Təbii ki, maniyəyə də rast gələndə maşını idarə edə bilmirlər, nəzarətdən çıxır və bu, insan ölümünə gətirib çıxarır".
R.Nurullayev qeyd edib ki, sürücülük mədəniyyətinin formalaşdırılması üçün xeyli təbliğat işləri aparmaq lazımdır:
"Məncə, Azərbaycanda həm də sürücülük mədəniyyətinin formalaşdırılması üçün xeyli təbliğat işləri aparmaq lazımdır. Yalnız bu, yol hərəkəti ilə bağlı cərimələrin artırılması deyil, burada həm də inzibati tədbirlər, maarifləndirmə, daha ciddi cəzaların həyata keçirilməsi, yol qaydalarını kobud şəkildə pozan sürücülərə güzəştin olmamasıdır. Çünki bizdə biri yol polisini rüşvətlə ələ almaq istəyir, biri dayısına zəng etdirir, biri hədə-qorxu gəlir. Amma mənə elə gəlir ki, ciddi qayda pozuntularında heç bir sürücüyə güzəşt olmamalıdır. Bu da gələcək tələfatların qarşısının alınmasında böyük rol oynaya bilər".
 
Aydın Nuri

Sosial       Tarix: 05 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 valyuta mezennesi 2026 cəbhədən ən son xəbər valyuta məzənnələri