Birinci, ikinci, üçüncü YOL – Azərbaycanın dediyi OLACAQMI?

Birinci, ikinci, üçüncü YOL – Azərbaycanın dediyi OLACAQMI?"Hal hazırda dünyada geopolitik kommunikasiya xətləri uğrunda mübarizə gedir. Bu mübarizə əslində Şərq-Qərb istiqamətində qlobal nəqliyyat kommunikasiya xətlərinin nəzarəti uğurunda davam edir".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Politoloq bildirib ki, Şərqdən Qərbə əsasən üç istiqamətdə yol nəzərdə tutulub:
Birinci, ikinci, üçüncü YOL – Azərbaycanın dediyi OLACAQMI?"Bunlardan biri Şimal yoludur və bu marşrut birbaşa Rusiyanın nəzarətindədir, Çinlə Avropanı birləşdirir. Ukrayna müharibəsindən sonra yol öz effektini itirib. Yəni ən azından istifadə olunmur.
İkinci yol Cənub yoludur. Yüklərin əsas hissəsi bu marşrutdan keçsə də, Çin-Tayvan münaqişəsi üzündən bu yolun bağlanma ehtimalı var. Ona görə də alternativ yollar axtarılır. Bu yollar Pakistan və Birmadan keçir.
Üçüncü alternativ yol Orta dəhliz adlanır və bunu Azərbaycan təklif edir. Son illərdə yük daşımalarının həcmində 5 dəfəyə yaxın artım müşahidə olunur və yenə də artacağı gözlənilir. Bu yolun bir Şimal ayağı Bakı-Tbilisi-Qars dəmir yolu xəttində davam edir. Cənubdan Zəngəzur üzərindən yeni dəhliz də nəzərdə tutulub. Amma Ermənistan Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməyə çalışır.
Bir də Rusiyanın Şimal-Cənub marşrutu vardı. Bu yol Rusiyadan Azərbaycana və Mərkəzi Asiyaya, oradan isə Hindistana gedən yoldur. Qərb dövlətləri bütün bu marşrutlara alternativ olaraq Hindistan-Yaxın Şərq-İsrail marşrutunu təklif etdilər. Bu yol İran, Türkiyə, Rusiya, Çin və digər regional dövlətləri oyundankənar vəziyyətə salırdı. Hətta ola bilsin məhz buna görə Rusiya və Çin liderləri Dehlidəki görüşdə iştirakdan imtina etdilər.
Hazırda HƏMAS-İsrail müharibəsi bu yolun etibarlı olmadığını göstərir. Çünki həmin ərazidə müharibə gedir. Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İsrail arasında bağlanan sülh müqaviləsi də yarımçıq qalacaq. Məhz bu yolun bloklanması Orta dəhlizin əhəmiyyətini artırır. Məsələ ilə bağlı iki alternativ versiya mövcuddur. Bu marşrut ya Ermənistandan keçməlidir ya da İrandan. İrandan keçməsilə bağlı razılıq əldə olunub. Amma ola bilsin ki, hansısa məqamda Ermənistan fikrini dəyişib bu proyektə qoşulsun, ya da region dövlətləri Rusiya, Türkiyə və Azərbaycan Ermənistanı bu yolu açmağa məcbur etsinlər".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 18 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber