"Birinci qanun pozuntusu bizim tərəfimizdən olub" - Erməni deputatdan etiraf
"Nerkin-And yaşayış məntəqəsi yaxınlığında baş verən hadisəyə gəlincə, ilk növbədə hər şeyə aydınlıq gətirilməlidir. Bildiyimə görə, günah bizdə olub".
KONKRET.az Caliber.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın hakim "Mülki Müqavilə" Partiyasından olan deputatı Akop Aslanyan mediaya açıqlamasında deyib.
A.Aslanyan əlavə edib ki, o, Nerkin-And kəndindən olan şəxslərlə danışıb.
"Onlar mənə dedilər ki, birinci qanun pozuntusu bizim tərəfimizdən olub", – deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Ermənistan ordusu Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.
Ermənilərin təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Yenisabah.az

Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi