Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına səbəb oldu
Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik ilə bağlı video təlimatın olmaması valideynlərin narazılığına səbəb olub.
Oxu.Az-a müraciət edən valideynlər bildiriblər ki, birinci sinfə qəbul prosesində tətbiq ediləcək yeniliklə bağlı izahlı videotəlimatın təqdim olunmaması onlarda narahatlıq yaradıb. Onların sözlərinə görə, bəzi valideyn və müəllimlər bu barədə məlumatlı olsa da, əksəriyyət yenilikdən xəbərsizdir.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tətbiq ediləcək yenilik barədə videotəlimatın yaxın həftə ictimaiyyətə təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində yenilik tətbiq ediləcək. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları, həmçinin ölkə ərazisində müvəqqəti və ya daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları şəxsi kabinetə giriş üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan Vahid Giriş Sistemi ("Digital Login") vasitəsilə daxil olacaqlar.
Xatırladaq ki, uşaqların birinci sinfə qəbulu prosesinə 1 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA