Biz gələcəyin vəkilləriyik!" adlı qış məktəbi yekunlaşdı - FOTOLAR

Biz gələcəyin vəkilləriyik!Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə hüquq fakültəsinin tələbələri arasında təşkil edilən "Biz gələcəyin vəkilləriyik!" adlı növbəti qış məktəbi 28 fevral -10 mart tarixlərində Bakı və Naftalan şəhərlərində keçirilib.
Bakı şəhərində başlayan qış məktəbi çərçivəsində "Vəkillik - dünya təcrübəsi və Azərbaycan" və "Vəkilin nitq mədəniyyəti" mövzusu üzrə təlimlər baş tutub. 40 hüquqşünas tələbənin iştirakı iıə  8-10 mart tarixlərində Naftalan şəhərində keçirilən "Mübahisələrin alternativ həlli və mediasiya", "Mülki prosessual sahədə müdafiə taktikasının qurulması", "İnzibati xətalar üzrə icraatda vəkilin iştirakı",  "Ədalətli məhkəmə araşdırması hüququ", "Məhkəmə prosesinin qurulması" mövzularını əhatə edən təlimlər gənclərin böyük marağına səbəb olub, onların çoxsaylı sualları təlimçilər tərəfindən cavablandırılıb. 
Düşərgə müddətində, eyni zamanda, gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə məhkəmə simulyasiyası təşkil edilib. Asudə vaxtlarını dəyərləndirən gənclər müxtəlif oyunlar oynayıb və qış məktəbi boyunca həm əylənib, həm də öyrəniblər.
10 mart tarixində Naftalan şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin sədri Aynurə Salmanlı, Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Goranboy rayon prokurorunun müavini və Vəkillər Kollegiyasının bir sıra nümayəndələri iştirak ediblər.
Gənclərin peşəkar hüquqşünas kimi ixtisaslaşmasına xidmət edən düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və üçüncü dəfə təşkil edilən düşərgəyə, ümumilikdə 20 yerli, xarici universitetlərdən isə 300 hüquqşünas tələbə müraciət edib, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 40 gənc seçilərək düşərgədə iştirak etmək haqqı qazanıb.
Biz gələcəyin vəkilləriyik!Biz gələcəyin vəkilləriyik!Biz gələcəyin vəkilləriyik!Biz gələcəyin vəkilləriyik!Biz gələcəyin vəkilləriyik!/ azxeber.com

Sosial       Tarix: 11 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən şad xəbər idman xeberleri son xeber 2026