"Biz nə istədiyimizi bilmirik" - Davtyan

Ermənistandakı siyasi qüvvələrin regionda sabitliyi pozmaq üçün xalqı silaha sarılmağa, Qarabağdakı erməniləri qorumağa çağırışları sülhə təhdiddir. Bəzi ekspertlər hesab edirlər ki, müxtəlif siyasi dairələrdə səslənən bu fikirlər əslində hakimiyyətin mövqeyidir. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını deyən baş nazir Nikol Paşinyanın son açıqlamaları və Laçın sərhəd-buraxılış məntəqəsi qarşısında törətdiyi "humanitar şou" bir-birinə ziddir.
Sadəcə danışıqları uzatmağa və vaxt udmağa hesablanan bəyanatlarla Paşinyan həm də Ermənistanı "süddən çıxmış ağ qaşıq" kimi təqdim etməyə çalışır. 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan yüzlərlə şəhər və kəndimizi yer üzündən silib və daşı daş üstündə qoymayıb. İndi özlərini sülhpərvər göstərən ermənilər eyni zamanda qisas üçün alışıb yanırlar. Erməni siyasətçi Vahe Davtyan özünün "Teleqram" kanalında "Bizə sülh yalnız Ermənistanın qələbəsindən sonra lazımdır" – yazıb.
Davtyan uğursuzluğun səbəbini uzunmüddətli strategiyanın olmaması ilə əlaqələndirib:
"Bilirsinizmi, niyə biz son illərdə ancaq uğursuzluğa düçar oluruq? Çünki bizim meqaplanımız, uzunmüddətli strategiyamız yoxdur. Sadə dillə desək, nə istədiyimizi bilmirik. Biz üzən gəmi kimiyik. Ona görə də "yeni Ermənistan" konsepsiyasının formalaşdırılması çox vacibdir. Bizə erməni layihəsi lazımdır. Ən çətin böhran zamanı super praqmatik olmağı öyrənməliyik", – deyə Davtyan bildirib.
"Ağıllı tövsiyələrini" verən bu "müdrik" erməni sülhün yalnız Ermənistanın qələbəsindən sonra əldə olunacağını deyir və sadəcə öz keçmişini unudur. Yadından çıxardır ki, onların "məğlubedilməz" ordularını Azərbaycan əsgəri cəmi 44 günə darmadağın etdi. Onu da unudur ki, kapitulyasiya aktına qol çəkən Paşinyandır. İndi öz xarici havadarlarından hərbi- siyasi dəstək alan ermənilərin bu cür bəyanatlar verməsi onların yalnız sonunu gətirə bilər. O gün isə uzaqda deyil.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele