Biz niyə Ebru Gündeşi, Elza Seyidcahanı müzakirə edirik? – Deputatdan etiraz
Bu gün Azərbaycanda cəmiyyət müğənninin (Elza Seyidcahan-red) AYB-yə üzv olmağını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni (Ebru Gündeş-red) gətirməyini müzakirə edir?
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Fazil Mustafa bildirib.
Deputat ciddi məsələlərin müzakirə olunmamasından şikayətlənib.
"Düşünürəm ki, biz ciddi məsələləri müzakirəyə çıxarmırıq. Təhsil naziri ötən dəfə dərslərin sentybarın 1-dən başlaması ilə bağlı təklif irəli sürdü. Ciddi məsələ idi, amma müzakirələr dayandı. Bunun səbəbələrini müzakirə etmək lazımıdır. Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə – 16 universitet) daxil olub. Bu, ciddi düşünüləsi məsələdir. Digər tərəfdən müzakirə olunmalı məsələlərdən biri də blokadada olan Naxçıvana bilet məsələsidir. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır. Gürcüstandan İstanbula 100 manatdır, Azərbaycandan 700 manat. Onlar biletlərin üstündən pul tuturlar. Naxçıvana bilet çox satanda, təyyarə ayıranda üstündə 20 manat pul tutur, İstanbula 300 manat. Ona görə də Naxçıvana təyyarə ayırmır. Bu məsələlər müzakirə edilməlidir", – deyə Fazil Mustafa şikayətlərini dilə gətirib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi