Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var
Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.
Nazir deyib ki, bu mövzu Azərbaycan üçün olduqca vacibdir:
"Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstituisyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir".
Ceyhun Bayramov Ararat Mirzoyanın iddiasına da cavab verib:
"Azərbaycan Konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansısa bir ərazi və torpaq iddiası yoxdur".
Nazir həmçinin əlavə edib ki, iki əsas maneənin - ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi sülh sazişinin imzalanması üçün real imkan yaradır:
"Hesab edirik ki, bu zəruri addımlardan sonra sülh sazişinin tamamlanması və imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir əlavə maneə olmayacaq". / azxeber.com

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir