Bizdə hansı ölkələrin agentləri daha çoxdur? - Polkovnik açıqladı

Bizdə hansı ölkələrin agentləri daha çoxdur? - Polkovnik açıqladı</p> 
 <p>"Azərbaycanda marağı olan ölkələr çoxdur və burada konkret şəkildə ABŞ agentlərinin olması əsas məsələ deyil". 
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Analitik xarici ölkələrin Azərbaycandakı agentura şəbəkələrinin fəaliyyətindən söz açıb.
Xatırladaq ki, son günlər kəskinləşən ABŞ-Azərbaycan münasibətləri fonunda bir sıra analitiklər ABŞ-ın Azərbaycanda agentura şəbəkəsinin mövcudluğunu istsina etməyib.
İ.İsmayıla görə isə ABŞ-ın dünyanın hər yerində informasiya mənbələri və agentləri var:
"Ola bilsin ki, bu agentlərin Azərbaycanda mövcudluğu mümkündür. Lakin mətbuatda bununla bağlı yazılar dərc olsa da, indiyə qədər ABŞ-ın hər hansı bir agenti ifşa olunmayıb. Amma biz dəfələrlə görmüşük ki, İranın agentura şəbəkəsinin üzvü olan insanların çoxu dövlətə xəyanətdə ittiham olunub, cəzalar çəkiblər və bu proseslə bağlı məhkəmələr gedir. O cümlədən Rusiyaya işləyənlərin də həbs edilib ifşa edilməsi məsələsi də olub".
Onun sözlərinə görə, ABŞ-ın agentura şəbəkəsi deyərkən çox təəssüf ki, burada təbliğat xarakteri konkret real faktdan çoxdur:
"Agenti tutulanda onu dövlətə xəyanətdə ittiham edib müvafiq qanunvericiliklə cəza verilir. Lakin QHT nümayəndələrinə agentura şəbəkəsi demək düzgün deyil. Deyə bilərsən ki, ABŞ Azərbaycandakı QHT-lərin vasitəsilə öz maraqlarını həyata keçirir. Əgər bu maraqların həyata keçirilməsi konkret şəkildə dövlətə zərər və xəyanətdirsə, o zaman bu amilləri əsaslandırıb həmin şəxsləri həbs edə bilərlər. Yenə deyirəm, əgər həmin QHT rəhbərləri bu məsələdə dövlətin əleyhinə işləyərsə… Lakin ümumi sözlə kimlərəsə agentura şəbəkəsi demək düz deyil. Xüsusilə də ABŞ məzunlarının görüşünü bu qəbildən olan məsələlərə qatmaq səhvdir".
"O ki qaldı İran və Rusiya agentlərinin Azərbaycanda olmasına, mən bu siyahıya Ermənistan, hətta Gürcüstanı da daxil edə bilərəm. Çünki Azərbaycanda marağı olan dövlətlər, ilk növbədə, qonşular, daha sonra isə super dövlətlər olur ki, bunların da informasiya mənbələri var. Sadəcə olaraq, hərə bu məsələyə bir cür yanaşır. Əgər biri öz adamını hansısa əməliyyata göndərirsə, bu, casusdur və ölkəyə xəyanətdir. Amma hansısa bir QHT vasitəsilə tədbirlər keçirilirsə və burada dövlətə xəyanət motivləri yoxdursa, onları agent adlandırmağın mənası yoxdur", – deyə o, fikirlərini tamamlayıb.

Siyasi       Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər