"Bizim Market"dən 12 ton saxta kərə yağı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO

"Bizim Market"dən 12 ton saxta kərə yağı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO"Bizim Market"dən 12 ton saxta kərə yağı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO
"Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyət satışdan çıxarılan saxta kərə yağları ilə bağlı açıqlama yayıb.  
Şirkətdən Oxu.Az-a bildirilib ki, sözügedən hadisə ilə bağlı "Bizim Market" də aldadılıb:  
"Bizim Market" MMC qeyd olunan yağı rəsmi qaydada "SN Qida Təhcizat" MMC-dən alıb və buna görə istehsalçı "Bizim Market"ə AQTA-nın sertifikatını təqdim edib.  
Araşdırmalar zamanı məlum olub ki, "SN Qida Təhcizat" MMC-nin təqdim etdiyi sertifikat saxtadır və məhsul satışa çıxmadan, dərhal dövriyyədən çıxarılıb. Qida Təhlüksəzilik Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün isə bu gün heç bir vasitə yoxdur. Bunun üçün çox yaxşı olardi ki, AQTA istehsalçılara verdiyi sertifikatları öz saytında yerləşdirsin.  
Supermarketlər də məhsul alarkən ona təqdim olunan sertifikatı agentliyin saytından yoxlasın və bu kimi hallar baş verməsin. Çünki heç bir supermarketin labaratoriyası yoxdur ki, aldığı hər bir məhsulu labaratoriyada yoxlayıb alsın. Buna görə "Bizim Market" MMC özü də baş verən hadisədə zərərçəkən tərəfdir. Çünki qeyd olunan məhsullara görə təhcizatçıya ödəniş edib". 
"Bizim Market"dən 12 ton saxta kərə yağı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO"Bizim Market"dən 12 ton saxta kərə yağı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO16:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.
AQTA-dan Oxu.Az-a bildirilib ki, yoxlama zamanı marketlərdə "Belorusskaya Korova" əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb.
Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod "Foodini" MMC tərəfindən ölkəyə idxal olunan "Belaya Korova" əmtəə nişanlı kərə yağına aid olub.
"Belorusskaya Korova" əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının "Luninec" ASC olması qeyd edilib. Belarusun "Luninec" ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin "Belorusskaya Korova" əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.
Məlum olub ki, "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Belarusskaya Korova" əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi "SN Qida Təchizat" MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı ("İdxalçı müəssisənin adı və ünvanı", "göndərən müəssisənin adı və ünvanı", "mənşə ölkəsi", "yüklənmə yeri", "istehsalçının adı və ünvanı bölmələri") saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.
Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. "Bizim Market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilmiş və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.

Sosial       Tarix: 16 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər