"Blinken istəyir ki, Qarabağ 100 faiz Azərbaycanın olsun" - İLGİNC ŞƏRH

Məlum olduğu kimi, ABŞ dövlət katibi Entoni Blinken özünün X (Twitter) mikrobloqunda Paşinyanla telefon danışığı haqqında yazıb. Məsələ burasındadır ki, Nikol Paşinyana müxalif mövqe sərgiləyən erməni mediası Blinkenin bu mesajını müsbət şərh etməyib. Həmin şərhlərdə vurğulanır ki, dünyanın üçüncü ən nüfuzlu yəhudisi kimi tanınan Blinkenin mikrobloqu bir sıra suallar doğurub. 
Həmin suallardan biri budur ki, "ABŞ dövlət katibi birdən-birə niyə Qarabağın erməni əhalisinin problemi ilə bağlı Nikola öz narahatlığını bildirib? Axı bu, həmin Nikoldur ki, Qarabağ erməniləri ilə bağlı real narahatlığın olmadığını rəsmi şəkildə bəyan edib. Üstəlik, o, öz siyasətində Qarabağı Azərbaycanın daxili işi hesab etdiyini göstərməyə çalışır. Belə olan təqdirdə Blinken niyə Nikola deməyə çalışır ki, səhv edirsən, sən Qarabağla bağlı narahat olmalısan?
Görün, ABŞ Ermənistana hansı "sarsılmaz dəstəyi" vəd edib: Suverenlik  və ərazi bütövlüyü. 2020-ci ildə Birləşmiş Ştatlar ikinci Qarabağ savaşında Ermənistana bir güllə, bir kisə un belə göndərmədi. Laçın dəhlizinin açılması ilə bağlı bəyanatlardan başqa hansısa əməli addım atmadı. Nəhayət, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü ola-ola bircə sadə qətnamə belə təqdim etmədi! Blinken Qarabağ ermənilərinin vəziyyətindən bu qədərmi narahatdır? Belə bir qətnamə yoxdursa, deməli, ABŞ-ın həmin "narahatlıqları" başqa mahiyyət kəsb edir.
Əslində, İsrailin maraqlarına xidmət edən Blinkenin indi bir şey istədiyini hamı başa düşür. O, bu dəfə müharibə yolu ilə edə bilmədikləri işi başqa formada həyata keçirir ki, Qarabağda bir erməni belə qalmasın. Bundan sonra rus qoşunları Qarabağdan, sonra Ermənistandan da çıxarılsın. Bununla da nəhayət, Qarabağ 100 faiz Azərbaycanın olsun. Vəssalam, bununla da oyun bitəcək. Türkiyə və İsrail bazaları Ermənistan və Qarabağın hər yerində yerləşdiriləcək ki, bir tərəfdən İranı, digər tərəfdən Rusiyanı vursun".
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 24 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes xeberler bu qun sonxeber az metbuat xeberleri